Əkrəm Əylisliyə ən ağır cəza verilməlidir...

 

 

 

Neçə vaxtdır ki, məişət, iş problemlərimizi qoyub ancaq millətini təhqir edən Əkrəm haqqında danışırıq, onun üzdəniraq əsəri niyə yazdığını aydınlaşdırmağa çalışırıq. Hələ də bir qərara gələ bilmirik. Onun hərəkətinə nə ad vermək olar sualına isə cavabımız var: Vətən xaini. Vətənin bütövlüyü uğrunda savaşa atılanlarımız, onların valideynləri, ümumiyyətlə, bütün xalq kimi biz Şahbuz sakinləri də onun ağır cəzalandırılmasını istəyirik.

Azərbaycan Prezidenti İlham Əliyev çox haqlı olaraq ictimaiyyətin çoxsaylı müraciətlərinə səs verdi, xalqla bir sırada durduğunu imzaladığı sərəncamlarla sübut etdi. O, bu bədnam əsər müəllifini   “Xalq yazıçısı” adından və Prezidentin fərdi təqaüdündən məhrum etdi. Bu bir ölkə yazıçısı üçün çox ağır cəza oldu. Hətta Əkrəm saytların birinə verdiyi müsahibədə bu hadisəyə “yatsaydım, yuxuma da də gəlməzdi” fikri ilə münasibət bildirdi. Çox maraqlıdır,  Əkrəm əsərində qədim dədə-baba torpaqlarımızı yağınınkı sayır, ermənini məzlum, fağır, azərbaycanlını isə qəddar, vəhşi, qansız cəllad adlandırır.

 Qocaldıqca insan daha da müdrikləşir, hadisələri düzgün təhlil edir və qiymətləndirir. Deyirlər, biri dəli olanda mollanın yanına gedir, molla dəli olanda hara getməlidir? İndi bunun özgələrinə məsləhət, ağıl verən, düzgün yol göstərən vaxtında, görəsən Allahın qəzəbinə niyə tuş gəldi? Belə olmasaydı, ağlını itirib belə sayıqlamaları qələmə alardımı? Mübariz kimi oğullarımız Vətən yolunda qəhrəmanlıqla şəhid olan vaxtda sən niyə öz əsərinlə erməniyə kömək etmək həvəsinə düşdün, Əkrəm ?

Sənə ar olsun, deyirik! Naxçıvan torpağına qədəm basmağı ağlına belə gətirmə. Xalqına dönük çıxanın bir adı var: vətən xaini, Allahdan nə qədər ömrün qalıbsa, bu damğa ilə yaşayacaqsan. Sən erməni mətbuatının “Dan ulduzu Əkrəm”sən və Azərbaycanda yaşamağa haqqın varmı?.

Şahbuz rayon sakinləri adından: Fizuli Quliyev, Cabir Əsədli,Əsəd Əlizadə, Lətif İbrahimov, Ceyhun Kərimov, Afiq Məmmədli, Zamin Qəhrəmanov, Elnur İsmayılov, Rahilə və Xanım Ağəliyevalar, Ziya Abbasov və digərləri.

Cəmi 80 imza


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında