Xocalı soyqırımı ilə bağlı səsvermə virtual aləmdən ictimai yerlərə çıxarılmışdır

 

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “100 000" səsdən biri sənin olsun!” kampaniyası ilə ABŞ parlamentinin rəsmi saytında Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının ABŞ parlamentində müzakirəyə çıxarılması üçün petisiyalar (https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt, https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx) yaradılmışdır.

Milli Şuradan bildirmişlər ki, petisiyalara səs toplamaq üçün təbliğat virtual aləmdən gənclərin çox toplaşdığı ictimai yerlərə keçirilmişdir.

“Park Bulvar” və “Metropark” kimi iri ticarət mərkəzlərində səsvermə üçün internetə çıxışı olan notbuk, netbuk və planşetlər quraşdırılmış və şəhər sakinlərinə petisiya haqqında məlumat verilmişdir.

İki gün ərzində 7 mindən artıq gənc kampaniyaya qoşulmuşdur. Gənclərlə yanaşı, dövlət rəsmiləri, müxtəlif biznes qurumlarını təmsil edən şəxslər və idman ictimaiyyətinin tanınmış simaları da kampaniyada iştirak etmişlər. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev və Olimpiya çempionu Elnur Məmmədli də səs vermişlər.

Kampaniya fevralın 26-dək davam edəcəkdir. Kampaniyaya qoşulmaq üçün 012 490 1192 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

Petisiyalara 100 min nəfər səs verdiyi təqdirdə Xocalı soyqırımı ABŞ parlamentində müzakirəyə çıxarılacaqdır. Hazırda Xocalı soyqırımı ilə bağlı petisiyaya 75 mindən çox, Dağlıq Qarabağ problemi ilə bağlı petisiyaya isə 50 minə yaxın insan səs vermişdir.  

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında