Qazax Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı

 

 

 Qazax Rayon İcra Hakimiyyətinin akt zalında rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayon Ağsaqqallar Şurası sədrinin hesabatı dinlənilmiş, təşkilati məsələyə baxılmış və Respublika Ağsaqqallar Şurasının növbədənkənar qurultayına nümayəndə seçilmişdir.

Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı  Ayaz Əsgərov açmış və geniş nitq söyləmişdir. Respublikamızın son 9 ildə əldə etdiyi uğurlardan, qazanılmış nailiyyətlərdən, rayonda aparılan tikinti, abadlıq, quruculuq işlərindən və ağsaqqallara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan ətraflı bəhs olunmuşdur.

Ayrı-ayrı natiqlərin çıxışlarında bildirilmişdir ki, Azərbaycanda ağsaqqallara ölkə rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı göstərilmişdir. Ulu öndərimiz Heydər Əliyevin ağsaqqallara göstərdiyi qayğının bütün təzahürləri bu gün ölkə Prezidenti İlham Əliyevin siyasətində özünü aydın göstərir.

Bütün bunlara görə çıxışlarda dövlət başçısına dərin minnətdarlıq və razılıq hissi ifadə olunmuşdur.

H.QASIMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında