Ağsaqqallar dövlətin siyasətindən də, qayğısından da razıdırlar

 

 

Xətai Rayon Agsaqqallar Şurasının hesabat yığıncağının gündəliyi təsdiq olunandan sonra təbrik və tövsiyyələrini bildirmək üçün  söz Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova verildi. Natiq yığıncağın iştirakçılarını salamlayaraq söylədi ki, tarix boyu xalqımız öz ağsaqqallarına  və ağbirçəklərinə hörmətlə yanaşmış, onların qayğısına qalmışdır.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişındən sonra isə xalqımızın bu zümrədən olan insanlarına dövlət səviyyəsində xüsusi diqqət olmuş və onlar cəmiyyətimizin ən qiymətli xəzinəsi kimi qiymətləndirilmişlər. Bu gün Azərbaycanda elə bir ictimai-siyasi tədbir, kampaniya yoxdur ki, ahıllarımız, ağsaqqallarımız orada fəal iştirak etməsinlər və öz mövqelərini ortaya qoymasınlar. Bu mənada onlar həmişə gənc nəslə nümunə olmuşlar.

R.Məmmədov respublika hökümətinin bu zümrədən olan insanlara dövlət qayğısından danışaraq bildirdi ki, Prezidentimiz cənab İlham Əliyev   ulu öndər  Heydər Əliyevin bu istiqamətdə də siyasi xəttini uğurla davam etdirərək yaşlı nəslin imtiyazlı nümayəndələrinə birdəfəlik maddi yardımlar göstərilməsi, onların minik avtomobilləri ilə təmin edilməsi və mənzil şəraitlərinin, sosal rifahlarının yaxşılaşdırılması məqsədilə vaxtaşırı sərəncamlar verir.

Natiq həmçinin qeyd etdi ki, bizdə olan və Xətai Rayon Agsaqqallar Şurasının verdiyi məlumata görə bu gün rayonumuzda yaşlı nəslin 20 minə yaxın nümayəndəsi yaşayır. Onların rayonun  ictimai- siyasi tədbirlərində, toplantı və yığıncaqlarında daim fəallıq göstəridyini deyən R.Məmmədov əmin olduğunu bildirdi ki, bu il keçiriləcək və xalqımızın taleyində xüsusi rol oynayacaq prezident seçkilərində də ahıllarımız, ağsaqqallarımız yaxından iştirak edəcək və qətiyyətli mövqelərini ortaya qoyaraq inkişaf və tərəqqi strategiyasının davam etməsinə səs verəcəklər.

 Tədbirdə YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov da çıxış edərək gənc nəsillərə nümunə olan, ölkənin ictimai -siyasi həyatında daim fəallığı ilə seçilən ahıllara, Xətai Rayon Agsaqqallar Şurasının üzvlərinə bu fəallığı davam etdirməyi tövsiyə etdi və cəmiyyətin onlara həmişə ehtiyacı olduğunu bildirdi.

Yığıncaq Xətai Rayon Agsaqqallar Şurasının sədri Qurbanəli Əlizadənin hesabat məruzəsi ilə işini davam etdirdi. Hesabat məruzəsi ətrafındakı çıxışlardan və müzakirələrdən sonra təşkilatın son illərdəki fəaliyyəti qənaətbəxş sayıldı. Qeyd olundu ki, dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın tərəqqisinə və dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən sosial-iqtisadi və xarici siyasətinin nə dünən, nə də bu gün alternativi yoxdur. Ona görə də bütün respublika ahılları kimi, Xətai rayon ahılları da öz prezidentlərini qətiyyətlə dəstəkləyir və bundan sonra da onun yanında olacaqlarını bildirirlər.

 Sonra konfarns iştirakçıları yenidən Qurbanəli Əlizadənin Xətai Rayon Agsaqqallar Şuranın sədrliyinə namizədliyini irəli sürdülər. Sədrin və onun müavinlərinin seçkisindən sonra təşkilati məsələlər müzakirə olundu. Sonra rayon təşkilatından beş nəfər Respublika Agsaqqallar Şurasının növbədənkənar qurultayına nümayəndə seçildi.

İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto), “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında