Arxadan qəfil zərbə

 

 

Bu günlərdə xalqımızın sevincli  və məyusedici  duyğuları  bir-birinə qarışdı. Azərbaycan  fəzaya imzasını yazaraq dünyanın 11 kosmik  peyk dövlətindən biri olmağımızın təntənəsini yaşamağa  hazırlaşdığı günlərdə misilsiz  bir xəyanətin  acısını da yaşamalı oldu.

Xalq yazıçısı, yüksək dövlət titulları almış Əkrəm Əylislinin  ermənipərəst  Rusiya  jurnalında  “Daş yuxular” adlı  saxta, ziyanlı  bir əsər çap etdirməsi bütün xalqı qəzəblə ayağa  qaldırdı.

Bədnam  nasir  xalqı və dövlətin  taleyüklü məsələləri sırasında birinci yerdə duran Ermənistan – Azərbaycan  münaqişəsi  ilə bağlı  tarixi həqiqətləri kökündən danan, saxtalaşdıran, öz  xalqını və ölkəsini ittiham edən,  milli satqınlıqdan   qaynaqlanan  bir cızmaqaranı  ərsəyə gətirməklə  tarixi  düşmənlərimizin ayaqları altına yıxıldı.  Xain   müəllif bu rəzalətlə  ermənilərin  söz  nökəri  olduğunu  dünyaya bəyan etdi.

Biz Azərbaycanın Qarabağ müharibəsində döyüşmüş  jurnalistləri  münaqişənin köklərini,  ermənilərin  xislətini, onların  xalqımıza qarşı əsrlərdən bəri  törətdikləri  cinayətlərin  dərəcəsini  kifayət qədər yaxşı  bildiyimizə görə,  Əkrəmin saxtakarlığını  və  xainliyini  də qədərincə  tuta bildik  və sarsıldıq...

Prezident İlham Əliyevin  ədəbi  dələduzluq,  möhtəkirlik  edən satqın yazarı  xalq yazıçısı  adından  və yüksək  məbləğli  Prezident  təqaüdündən  məhrum  etməsi Əkrəmin  törətdiyi  vicdansızlığın  cavabı oldu.  Xalq bir daha gördü ki,  ulu öndərin  Azərbaycanı  bəlalardan  qoruyan yolunun davamçısı ölkəsinin  maraqlarını  bir  daha  qorudu.

Qələm  həqiqəti  bəyan  etmək  alətidir. Onunla  şər-böhtan, şərəfsizlik  ərsəyə  gətirənlər  nifrətə  layiqdir. Əkrəm  kimi  nankor,  dönük,  dinsiz,  millətsiz yazar  bunu anlamadığına görə, müqəddəs qələmin gülləsi ilə mənəvi  intihara yuvarlandı.

Tahir PAŞA,
Azərbaycan Jurnalist  Müharibə Veteranları Assosiasiyasının prezidenti,
yazıçı-jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında