Su sektorunda “smart-kart” tipli sayğacların quraşdırılması intensivləşir

 

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (“smart-kart” tipli) su sayğaclarının quraşdırılması istiqamətində işləri sürətləndirmişdir.

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, ötən il Bakı şəhəri və Abşeron yarımadasında 19700 ədəd  “smart-kart” tipli sayğaclar quraşdırılaraq istismara verilmişdir. Bunlardan 7560 ədədi əhali qrupu, 12140 ədədi isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür.

Xatırladaq  ki, “smart-kart” tipli su sayğaclarının quraşdırılmasına  2012-ci ilin may ayında başlanmışdır. İlkin mərhələdə bu tip sayğacların quraşdırılması qeyri-əhali qrupu abunəçilərini əhatə etmişdir. Ötən ilin oktyabr ayından isə əhali qrupu abunəçiləri də  “smart-kart” tipli sayğaclarla təchiz edilmişdir. Bu növ sayğaclar Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Quba və Zərdab şəhərlərində də quraşdırılmışdır. “Azərsu” ASC-dən verilən məlumata əsasən, bölgələrdə həyata keçirilən su təchizatı və  kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində bütün abunəçilər “smart-kart” tipli sayğaclarla təmin ediləcək.

Yeri gəlmişkən, 2012-ci ildə mexaniki və elektron tipli  65 min ədəd su sayğacı quraşdırılmışdır. Bütövlükdə isə 2013-cü il yanvarın 1-nə olan məlumata görə,  “Azərsu” ASC üzrə abunəçilərin  550 minə qədəri və ya 47,5 faizi sayğaclarla təmin olunmuşdur.

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən  əhali qrupu istehlakçılarına sayğacların quraşdırılması “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə səhmdar cəmiyyətin müvafiq xidmət sahələri tərəfindən istehlakçıların vəsaiti hesabına aparılır.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında