İyun ayında dövlət sərhədini pozduğu üçün 47 nəfər saxlanılmışdır

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirmişlər ki, xidmətin əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilmişdir.
İyun ayı ərzində dövlət sərhədini pozmuş 47 nəfər saxlanılmışdır. Tutulan sərhəd pozucularının 34 nəfəri Azərbaycan, 7 nəfəri Gürcüstan, 4 nəfəri İran, 1 nəfəri Türkiyə, 1 nəfəri Banqladeş vətəndaşıdır. Sərhəd rejimi qaydalarını pozduqlarına görə, 30 halda 66 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Axtarışda olan 82 nəfər saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 7 halda 53 kiloqram 308 qram narkotik maddə aşkar edilərək götürülmüşdür.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 80 halda ümumi dəyəri təqribən 1 milyon 74 min 558 manat olan qaçaqmal, o cümlədən 100 min 900 ABŞ dolları, 300 min ədəd rənglənmiş 500-lük avro, 200 min 39 ədəd rənglənmiş 100-lük ABŞ dolları, 49 ədəd mobil telefon, 420 qutu siqaret, 780 ədəd dərman preparatı, 372 ədəd tibb ləvazimatı, çoxsaylı müxtəlif spirtli içkilər, ərzaq və sənaye malları, mobil telefonlar üçün aksessuarlar, 55 baş xırdabuynuzlu mal-qara və sair saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında