Akademik Xoşbəxt Yusifzadə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, qurumun birinci vitse-prezidenti, AMEA-nın akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə qlobal layihələrin Gürcüstan ərazisindən keçməklə reallaşmasındakı xidmətlərinə görə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir.
X.Yusifzadənin bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yataqları, o cümlədən dünyada məşhur olan "Azəri", "Çıraq" və "Günəşli" kimi yataqlar kəşf edilmiş və istismara daxil edilərək mənimsənilmişdir. X.Yusifzadə istehsalat fəaliyyəti ilə yanaşı daim elmi tədqiqatlarla məşğul olmuşdur. 1960-cı ildə Bakıda namizədlik və 1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 165-dən artıq elmi işin, o cümlədən 12-dən çox monoqrafiya və 5 ixtiranın müəllifidir. X.B.Yusifzadə AMEA-nın həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Beynəlxalq Şərq Neft Akademiyasının akademiki və birinci vitse-prezidenti, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, "Azərbaycan Neft Təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü, həmçinin Azərbaycan Geofizikləri Milli Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosiasiyasının və Avropa Alim-Geoloqları və Mühəndisləri Assosiasiyasının üzvüdür.
Azərbaycanda və Xəzər dənizində neft-qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrinə görə X.Yusifzadə bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülmüşdür. O, 2000-ci ildə müstəqil Azərbaycanın "İstiqlal" ordeni, 2004-cü ildə "Əsrin müqaviləsi"nin 10 illiyi münasibətilə "Şöhrət" ordeni və 2009-cu ildə "Şərəf" ordeni ilə təltif olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında