Suraxanı rayonunda Ağsaqqallar Şurasının hesabat yığıncağı

 

 

Suraxanı Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və hesabat dövründə dünyasını dəyişmiş rayon ağsaqqallarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra rayon  Ağsaqqallar Şurası idarə heyətinin üzvü Hacıbala Eyvazov 2009-2012-ci illər ərzində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, Azərbaycanda ağsaqqallar həmişə xalq arasında böyük nüfuza malik olmuşlar. Ağsaqqal sözü insanlar tərəfindən həmişə hörmətlə qarşılanmışdır. Hər hansı məsələnin həllində yekun qərar, məsləhət ağsaqqaldan gəlib və insanlar ona əməl eləməyi özlərinə borc biliblər. Ağsaqqal eyni zamanda, xalqın ən yaxşı adət-ənənələrinin saxlayıcısı, daşıyıcısı və nəsildən-nəslə ötürücüsüdür.

Hacıbala Eyvazov daha sonra vurğulamışdır ki, Suraxanı rayonunda hazırda yaşı 70-dən yuxarı olan 6813 nəfər yaşayır. Bu, böyük bir qüvvədir. Onların böyüməkdə olan nəslə sözləri, tövsiyələri az deyil. Ağsaqqallar Şurasının əsas vəzifələrindən biri də bu dialoqu təşkil etməkdir.

Daha sonra məruzə ətrafında çıxışlar olmuşdur. Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, Heydər Əliyev siyasəti ölkəmizdə uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev daim ağsaqqallara diqqət və qayğı göstərir. Dövlət başçısı   rayonlara səfərləri çərçivəsində həmişə ağsaqqallarla görüşür, onlarla fikir mübadiləsi aparır, qayğılarını diqqət mərkəzində saxlayır.

Hesabat yığıncağında rayon Ağsaqqallar Şurasına idarə heyətinin yeni üzvləri, respublika Ağsaqqallar Şurasının qurultayına nümayəndələr seçildi.  Arif Babayev Suraxanı Rayon Ağsaqqallar Şurası idarə heyətinin sədri seçildi.

V. BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında