Səbail ağsaqqalları hesabat vermişlər

 

 

Səbail Rayon Ağsaqqallar Şurasının hesabat konfransında çıxış edənlər ölkəmizdə ahıllara, ağsaqqallara göstərilən dövlət qayğısından, Azərbaycanın son illərdəki sürətli və hərtərəfli  inkişafından danışmış və qarşıda duran vəzifələrdən söz açılmışlar.

Rayon Ağsaqqallar Şurasının sədri Mirhəbib Seyidov hesabat məruzəsində qeyd etmişdir ki, şura rayonda yaşayan ağsaqqal, veteran, ahıl vətəndaşların huquqlarının qorunması, onlara köməklik göstərilməsi istiqamətində ötən il xeyli işlər görmüşdür. Şura üzvləri yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi ilə bağlı tədbirlərdə, ictimai həyatda fəal iştirak etmişlər.

Qeyd olunmuşdur ki, son illər ərzində rayonda sakinlərin, ilk növbədə isə  ağsaqqal və veteranların sosial problemlərinin həlli ilə bağlı xeyli işlər həyata keçirilmişdir. 20-ci yaşayış sahəsində rayon icra hakimiyyəti tərəfindən yaradılmış “Veteran Neftçilər Klubu” məhsuldar fəaliyyət göstərmişdir.  Hər il Qələbə günü ərəfəsində II Dünya müharibəsi iştirakçıları rayon icra hakimiyyətində qəbul olunur, onlara maddi və digər yardımlar göstərilir. Son 3  ildə 6 nəfər ağsaqqal RİH-nin maddi dəstəyi ilə Həcc ziyarətinə göndərilmişdir.

Badamdar qəsəbə sakini Allahverdi Bəndəliyev, əməkdar müəllim Aliyə Təhmasib, əməkdar mühəndis Telman Hacıyev, müharibə veteranı Cəbrayıl Əliyev, Bibiheybət qəsəbə ağsaqqalı Hacı Qərib Şamilov və başqaları rayonda görülən işləri və Ağsaqqallar Şurasının ötən dövrdəki fəaliyyətini müsbət qiymətləndirmiş, qarşıda duran vəzifələrdən danışmışlar.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, yaşlı nəslə, xüsusən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur.  Bu gün Səbail rayonunda yaşayanların  6,5 faizini (6184 nəfər) yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir, 2549 nəfər sosial müavinət, 13190 nəfər təqaüd alır. 372 nəfər tənha və əlilə 31 sosial işçi xidmət göstərir. 2 il ərzində 6 nəfər Böyük Vətən müharibəsi iştirakçısına yeni mənzillər verilmişdir.

İclasda çoxsaylı suallar cavablandırılmış, ağsaqqallar adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Mirhəbib Seyidov yenidən Səbail rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.

R.TAHİR,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında