Yaşlı nəslin nümayəndələri ölkəmizin ictimai həyatında fəal iştirak edirlər

 

 

 Dünən Nərimanov Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə açan rayon Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Elmi Tədqiqat Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru, professor Əlişir Musayevin təklifi ilə  respublika Ağsaqqallar Şurasının sədri, mərhum akademik Budaq Budaqovun xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra yığıncağın gündəliyi səsə qoyularaq qəbul edildi.

Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Sadıqov hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun uğurla davam etdirilən inkişaf strategiyası Azərbaycanı beynəlxalq məkanın nüfuzlu və qüdrətli bir dövlətinə çevirmişdir. Qeyd olundu ki, Azərbaycanın sürətli tərəqqisinə mühüm töhfələr verən paytaxtın Nərimanov rayonunun sosial-iqtisadi inkişafında və ictimai həyatındakı uğurlarda rayon ağsaqqallarının da müəyyən payı var. Məruzəçi qeyd etdi ki, Nərimanov Rayon Ağsaqqallar Şurası öz fəaliyyətində gənclər arasında təlim-tərbiyə işlərinə, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına, bir sözlə, Vətənə layiqli övlad kimi yetişmələrinə  xüsusi diqqət yetirmiş, rayon icra hakimiyyəti tərəfindən  həyata keçirilmiş bir sıra abadlıq-quruculuq işlərinin təşəbbüskarı kimi çıxış etmişdir. Şuranın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən natiq sonda əminliklə bildirdi ki, dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi kursun inamla davam etdirilməsi işində Nərimanov rayonunun ağsaqqalları bundan sonra da yaxından iştirak edəcəklər.

Məruzə ətrafında çıxış edən rayon ağsaqqalları və ağbirçəkləri şuranın fəaliyyətinə dair hesabatı yüksək qiymətləndirdilər. Şuranın gələcək fəaliyyətinə uğurlar arzulayan natiqlər ölkəmizin ictimai həyatında, respublikamızın gələcək inkişafının təmin olunmasında bütün qüvvə və bacarıqlarından istifadə edəcəklərinə, dövlət başçısı İlham Əliyevin yeritdiyi siyasəti  bundan sonra da dəstəkləyəcəklərinə söz verdilər, xalqımızın bütün təbəqələrinin dərin etirazına və hiddətinə səbəb olmuş “Daş yuxular” kitabının müəllifi Əkrəm Əylislinin bu addımını kəskin pislədilər.

Sonra təşkilati məsələyə baxıldı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqoji elmlər namizədi Miri Həsənov yekdilliklə Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri və qurumun 11 nəfərdən ibarət idarə heyəti seçildi.

Şuranın yığıncağında iştirak edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cəmiyyətimizdə ağsaqqala həmişə yüksək hörmət və ehtiramın olduğunu diqqətə çatdırdı. Ölkəmizin daha da çiçəklənməsi naminə ağsaqqal, ağbirçək məsləhətinə daim ehtiyac duyulduğunu vurğulayan natiq hazırda dövlət başçısı İlham Əliyev tərəfindən ahıl vətəndaşlara, əlillərə və şəhid ailələrinə xüsusi diqqət göstərildiyini bildirdi. A. Fərzəliyev rayonun ictimai həyatında, sosial-iqtisadi inkişafın təmin olunmasında, abadlıq quruculuq işlərinin aparılmasında yaşlı nəslin nümayəndələrinin fəal iştirakını yüksək qiymətləndirdi, şuranın yeni seçilmiş tərkibinə gələcək fəaliyyətində uğurlar arzuladı.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında