Əkrəm Əylisli yuxularını qarışdırıb

 

 

Adətən, pis yuxu görən adam ayılanda “lənət şeytana” deyir. Amma Əkrəm Əylisli yuxudan ayılar-ayılmaz, şeytanı lənətləməyə macal tapmamış, onun özünü lənətləməyə başladılar.

Axı nə baş verdi? Nə oldu ki, birdən-birə Əkrəm Əylisli belə bir roman yazdı?.. Bəlkə o, 1905-1907-ci, 1918-1920-ci illərin hadisələrindən xəbərsizdi? Bəlkə torpaqlarımızın işğalından bixəbərdi? Bəlkə keçən əsrin 80-ci illərinin sonu — 90-cı illərinin əvvəllərində Xocalıda, Şuşada, Laçında, Ağdamda, Füzulidə, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə, Ağdərədə, Zəngilanda, Xocavənddə, Xankəndidə ermənilər tərəfindən azərbaycanlıların başına gətirilən müsibətlərdən xəbəri yoxdur? Belə düşünmək sadəlövhlük olardı. Bəs, Əkrəm Əylislini “Daş yuxular” romanını yazmağa nə məcbur elədi? Belə qənaətə gəlmək olar ki, işğal olunmuş rayonlarımızda azərbaycanlıların başına gətirilən müsibətlər onun daş qəlbinə təsir eləməyib...

Yenə də suallar doğur: Axı niyə?!. Məgər, Əkrəm Əylisli bu xalqın övladı deyilmi? Bax “bu niyə”lərə cavab tapmaq üçün Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi “Daş yuxular” romanını müzakirə elədi.

Əkrəmə xatırladırıq ki, Şuşada bir ailə vardı: Abbasovlar ailəsi. Beyləqandan  Şuşaya  gələrkən  yolda  ermənilər  tərəfindən  gülləbaran  edilmişdi, 2 yaşlı Coşğunu isə düz alnından atmışdılar. Körpə  uşaq hansı  günahın sahibi idi, Əkrəm? Göz yaşı axıtdığın “məzlum”  ermənilər ona  necə qıydılar?

1992-ci il yanvarın 26-da Daşaltı hadisələrində, Qarabağda vurulan vertolyotda şəhid olan azərbaycanlıların yas mərasimlərində ucalan fəryadlar, nalələr Şuşanın hər məhəlləsində eşidilirdi. Şəhid analarının, bacılarının, xanımlarının, övladlarının naləsini duydunmu?

Xocalıda mələk  kimi  məsum bir qızcığaz vardı. Bütün ailəsinin gözü qarşısında daşnaklar onu güllələdilər. Sənin qahmar çıxdığın ermənilərin gülləsinə  tuş gəlmiş o qızcığazın faciəli  taleyi  sənin “humanist” yazıçı vicdanını  tərpətdimi? 

Bəlkə uzaqda olanlar sənə təsir etməyib. 1990-cı ilin 20 Yanvar gecəsi Bakıda, sənin gözlərin qarşısında ermənilərin fitvası ilə 137 Azərbaycan övladı qəhrəmancasına şəhid oldu. Yüz il bundan əvvəl guya türklər  tərəfindən  törədilmiş “erməni genosidi” barədə göz yaşı axıtdığın kimi, öz millətindən olan bu günahsız  şəhidlərə yas saxladınmı?

Görəsən, havasını udduğu, çörəyini yediyi, imtiyazlarından gen-bol istifadə etdiyi bu Vətənin övladlarının başına gətirilənləri görə bilməyən, nalələrini eşidə bilməyən Əkrəm Əylisli ermənilərin “faciəsini” necə görüb?

Əkrəm Əylisli! Azərbaycanın  ən yüksək fəxri adlarını, mükafatlarını, titullarını almışdın. Möhtərəm Prezidentimiz ümumxalq tələbini nəzərə alıb, çox haqlı olaraq səni “xalq yazıçısı” fəxri adından və Prezident  təqaüdündən  məhrum etdi. 75 yaşında nəsibin “Vətən  xaini”, “Xalq düşməni” adları oldu. Çox təəssüf! Özün özünə  düşmən  kəsildin,  Əkrəm  Əylisli!

Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında