Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Əfqanıstanın müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

 

Fevralın 8-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının xarici işlər nazirinin müavini Caved Ludinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Həmçinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının müvafiq qurumları arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Eyni zamanda, görüşdə Əfqanıstan İslam Respublikasının fövqəladə halların idarə olunmasına məsul dövlət qurumları ilə birgə təlimlərin keçirilməsi, o cümlədən sözügedən dövlət qurumlarının əməkdaşlarının fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində bilik və bacarıqlarının artırılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil alma perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Caved Ludin Azərbaycanın Əfqanıstana göstərdiyi yardımları yüksək qiymətləndirmiş, həmçinin aidiyyəti qurumlar arasında əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında