Baş Prokurorluq və Daxili İşlər Nazirliyi jurnalistin ittihamlarını əsassız sayır

 

Son günlər “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllı bəzi kütləvi informasiya vasitələrində qardaşı Elşənin İsmayıllı rayonunda ictimai asayişin kobud surətdə pozulması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan xuliqanlıq zəminində baş vermiş hadisələrlə əlaqədar həbs edilməsinin peşə fəaliyyəti ilə bağlı qisas almaq məqsədi ilə guya ona qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi barədə bəyanatlarla çıxış etmişdir.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən daxil olmuş birgə məlumatda deyilir ki, həmin informasiyalar həqiqətə uyğun olmadığından tərəfimizdən qəti şəkildə təkzib olunur. Elçin İsmayıllının qərəzli və hüquqa söykənməyən çıxışlarını baş vermiş hadisələri siyasiləşdirməyə cəhd kimi qiymətləndirməklə bildiririk ki, qardaşı Elşən İsmayıllı yanvarın 23-24-də İsmayıllı rayonunda ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə fəallıq göstərmişdir. Belə ki, ictimai asayişi pozmağa çalışan rayon sakinlərini bu hərəkətlərdən çəkindirməyə çalışan və onları intizama dəvət edən rayon icra hakimiyyətinin vəzifəli şəxsinin qanuni tələblərinə məhəl qoymayan E.İsmayıllı fəal şəkildə müxtəlif qanunazidd çağırışlar etmiş, bundan sonra polis əməkdaşlarına daş atmış və digər şəxsləri də daş atmağa və qarşıdurmaya təhrik etmişdir.

Cinayət işi üzrə Elşən İsmayıllı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Elşən İsmayıllı iş üzrə şahid qismində, eləcə də müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək törətdiyi əməlləri etiraf etmişdir.

İctimai qaydanın pozulmasına səbəb olan qeyd edilən qanunazidd hərəkətlərin təşkilatçıları və digər iştirakçıları tutduqları vəzifədən, siyasi mənsubiyyətindən asılı olmayaraq onların əməlləri istintaq yolu ilə tam və hərtərəfli araşdırılmaqla hərəkətlərinə hüquqi qiymət veriləcək, habelə ölkəmizdə ictimai asayişin pozulmasına, vətəndaşların təhlükəsizliyinə yönəlmiş istənilən qanunazidd hərəkətlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Elşən İsmayıllının ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə fəallıq göstərməsi və digər qanunazidd hərəkətlərini əks etdirən videogörüntü təqdim olunur (http://www.youtube.com/watch?v=SLvJqOmjGS0).

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında