Ali Məhkəmədə pensiyaya çıxan hakimlərin təntənəli yola salınması mərasimi keçirilmişdir

İyulun 2-də Azərbaycan Ali Məhkəməsinin bir qrup hakimi pensiyaya yola salınmışdır. Bu münasibətlə təntənəli mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasimi giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev qeyd etmişdir ki, pensiyaya yola salınan hakimlər həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyət göstərmişlər. Onların hər biri ulu öndər Heydər Əliyevin təqdimatı ilə Ali Məhkəmənin hakimi təyin olunmuşdur. Nəriman Hüseynov, Oqtay Maqsudov, Müzəffər Ağazadə, Vidadi Həşimov və Günəş Xudaverdiyevanın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir, onların dördü Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır.
Mərasimdə Ali Məhkəməyə yeni təyin olunan hakimlər kollektivə təqdim edilmişdir. R.Rzayev onlara tövsiyələrini vermişdir.
Qeyd olunmuşdur ki, hakim müstəqil və ədalətli olmalı, şəffaf fəaliyyət göstərməli, cəmiyyətin məhkəmələrə olan inamının artmasına çalışmalıdır.
Mərasimdə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, Prezident Administrasiyası hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək pensiyaya yola salınan hakimlərə uzun müddət ədalət mühakiməsini yüksək səviyyədə həyata keçirdiklərinə görə təşəkkür etmiş, onlara uzun ömür arzulamışlar.
Pensiyaçı hakimlər əməklərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə dövlətimizə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında