İlham MƏMMƏDOV: Prezidentin sərəncamı Əkrəmə və onun arxasındakılara tutarlı cavab oldu

 

 

“Xalqımızın kürəyinə arxadan sancılmış ox olan Əkrəm Əylislinin – ona Əkrəm Əyriəsilli deyilsə daha yaxşı olardı – “Daş yuxular”ına cənab Prezident İlham Əliyevin vaxtında bildirdiyi münasibət çoxmilyonlu Azərbaycan xalqının ürəyinə məlhəm oldu”.

Bu sözləri yazıçı Əkrəm Əylislinin “Xalq yazıçısı” adından və Prezidentin fərdi təqaüdündən məhrum edilməsinə münasibət bildirən deputat İlham Məmmədov Modern.az saytına açıqlamasında deyib. Milli Məclisin üzvü bildirib ki, ölkə başçısının sərəncamları yalnız Əkrəm Əylisliyə deyil, onun arxasında gizlənmiş “ağalarına” sərt bir təpkidir: “Cənab Prezident İlham Əliyev bu addımı ilə bir daha sübut etdi ki, millətimizi heç bir qüvvə əzə bilməz və heç bir vaxt bunu görməyəcəklər. Gördüyü qorxulu yuxular o dünyada da Əkrəm Əylislinin yaxasından əl çəkməyəcək. Əslində bu sərəncamlar haqqa-ədalətə, məntiqə söykənmiş sənədlərdir.

Ulu öndərimiz Heydər Əliyevin dahi bir sözünü hər bir azərbaycanlı eşidəndə ürəyində, qəlbində qürur hissi yaranır və gözləri yaşarır. Ulu öndərimiz demişdir: “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”. İndi Əkrəm Əylisli bilsin ki, insanlarımızın, millətimizin qüruruna, mənliyinə kimsə toxunarsa, öz layiqli cəzasını alacaq. Möhtərəm Prezidentimizin, çoxmilyonlu xalqımızdan gələn bu təklifi həyata keçirməsini ürəkdən alqışlayıram və hesab edirəm ki, bu, ədalətli bir qərardır.

Bu sərəncam ölkəmizin milli-mənəvi dəyərlərinə tuşlanmış, onun milli tarixi köklərini əzməyə istiqamətlənmiş bəd əməllərə, şər qüvvələrə tutarlı bir cavabdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında