Fikrət QOCA: Əkrəmlə bağlı sərəncam onun yazılarına, hərəkətlərinə adekvatdır

 

 

Fikrət Qoca “Media forum” saytına müsahibəsində qeyd etmişdir ki, həm “Xalq yazıçısı”, həm də prezident təqaüdü prezidentin imzası ilə verilir, yazıçını, şairi bu ada dövlət başçısı layiq görür.

Yazıçılar Birliyinin birinci katibi demişdir ki, “Xalq yazıçısı” və “Xalq şairi” titulu təsis olunduğu vaxtdan ilk dəfədir kimsə bu fəxri addan məhrum edilir: “Amma indiyədək heç belə roman da olmayıb.

Prezidentin Əkrəmlə bağlı sərəncamı onun yazılarına, hərəkətlərinə adekvatdır. İndi Əkrəm deyəcək ki, hakimiyyəti tənqid etdiyi üçün belə bir qərar verilib. Amma bu məsələ nədən başladı? Əkrəm ”Daş yuxular" əsəri ilə erməniləri müdafiə edib. Məsələ yalnız erməniləri müdafiə etməkdə deyil.

Əsaslandırmaq istəyir ki, biz axmaq bir millətik, qaniçənik, qulduruq. Bunu guya bizim millətin övladı olan adam deyib. Əgər bunu bir tribunadan desəydi, fikirləşərdin ki, insandır, əsəbiləşib, küyə gedib. Bunların heç biri deyil, oturub bunu götür-qoy edib, söz-söz yazıb. Deməli, bu, Əkrəmin əqidəsidir, düşüncə tərzidir. İnsana təsir edən budur.

Əkrəm yazdığı bu əsərlə “Xalq yazıçısı” adını daşımağa haqqını həm mənəvi, həm də hüquqi nöqteyi-nəzərdən itirmişdi".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında