Əkrəmin namərdliyi və nankorluğu hər birimizə arxadan vurulan zərbədir

 

 

 

Son həftə ərzində Azərbaycan cəmiyyətində böyük əks-sədaya – yazıçı Əkrəm Əylislinin “Drujba narodov” jurnalının son sayında dərc olunmuş “Daş yuxular” əsərinə (əgər ona əsər demək mümkünsə) bir ziyalı, bir vətənpərvər azərbaycanlı kimi mən də münasibət bildirmək istədim.

 Məni hiddətləndirən odur ki, bu üzdəniraq əsərdə erməni separatizminə haqq qazandırılır, Azərbaycan xalqı barədə mənfi bir obraz yaradılır, xalqımızın milli-mənəvi dəyərləri təhqir olunur və nəhayət, Əylis erməni torpağı kimi təqdim olunur. Bu düşməncəsinə mövqe qondarma “erməni soyqırımı”nı etiraf etməklə xam xəyallar quran, insan cildinə girmiş iblis xislətidir. Əsərdəki ifadələrin bir azərbaycanlının dilindən, özü də “Xalq yazıçısı” kimi şərəfli bir ada, “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülmüş bir yazıçı tərəfindən qələmə alınması inanılmazdır. Lakin təəssüflər olsun ki, bu, yuxu deyil, bir acınacaqlı nəticədir. Ermənilərin Azərbaycana qarşı torpaq iddiasına başladıqları vaxtdan indiyə qədər heç kəs xalqa belə xəyanət etməmişdi. Bu torpaqda doğulub, bu torpağın çörəyini yeyib, suyunu içən heç kəs belə alçaqlığı özünə rəva bilməmişdi.

Azərbaycanın azadlığı yolunda qan tökən, şəhid Vətən övladlarının, namusu tapdanan, təhqir olunan qız-gəlinlərinin, Xocalıda gülləbaran edilən südəmər körpələrin günahsız ruhları Əkrəmi heç vaxt rahat buraxmayacaq. Azərbaycanın ən fəxri ad və titullarını daşımağa onun mənəvi haqqı çatmır. Azərbaycanın nüfuzunun getdikcə artdığı bir zamanda onun bu nankorluğu arxadan vurulan zərbədir.

Qəribəsi odur ki, onun bu namərdliyinə müxtəlif bəhanələrlə “düzlük” donu geydirənlər, əsəri yazıçı təxəyyülünün məhsulu adlandırıb müdafiə edənlər də peyda olub. Əkrəmin sərsəmləmələrin millilikdən uzaq, Vətən sevgisini xəyanətlə səhv salanlar dəstəkləyirlər. Belə dönüklər xalq etirazına və təpkisinə qarşı çıxırlar. Bu dardüşüncəlilər anlamır və ya anlamaq istəmirlər ki, üstündə gəzdiyimiz torpaq bizimdir, ona edilən həqarət cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər birimizə yönəlib.

Əkrəm və onu dəstəkləyənlər bilməlidirlər ki, Azərbaycan xalqı öz tarixi boyu belə nankorların xəyanətinə sinə gərib. Bu dəfə də belə olacaq, heç bir xain əl xalqın iradəsini qıra bilməz. Bu sətirləri yazarkən televiziyadan Azərbaycan Prezidenti İlham Əliyevin Əkrəm Əylislinin yüksək titullarından – “Xalq yazıçısı” adından və Prezidentin fərdi təqaüdündən məhrum olunması haqqında sərəncam imzalaması xəbərini eşitdim. Daş kimi “yatmış”, “daşlaşmış yuxular” görən, öz başını xalq qarşısında aşağı edən Əkrəmə isə bizdən bir xalq deyimi: özü-özünə edəni, el yığılsa da edə bilməz. 

 

 

Hafiz QULİYEV,
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru,
Əməkdar İncəsənət Xadimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında