İyulun 10-da hakimliyə namizədlər üçün yazılı imtahan keçiriləcəkdir

Hakimlərin Seçki Komitəsindən bildirmişlər ki, qurumun növbəti iclasında test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş 80 nəfər hakimliyə namizədin hakim vəzifəsinə hazırlanmaları üçün 2009/2010-cu tədris ilində təşkil edilmiş kursun nəticələri ilə bağlı məlumat dinlənilmişdir.
Bildirilmişdir ki, kurs çərçivəsində namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilmiş, insan haqlarının müdafiəsi, insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, məhkəmə etikası, inzibati ədliyyə, korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə dair nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə ayrıca təlimlər keçirilmiş, məhkəmələrdə, o cümlədən bütün namizədlər üçün xaricdə stajkeçmə təşkil olunmuşdur.
İclasda tədris kursunun müvəffəqiyyətlə başa çatması vurğulanaraq onun nəticələri üzrə namizədlərlə şəffaf şəraitdə, müşahidəçilərin iştirakı ilə yazılı imtahanın keçirilməsi məsələlərinə baxılmış və imtahanın iyulun 10-da saat 10.00-da vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman zalında təşkili məqbul bilinmişdir.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında