KİVDF Müşahidə Şurasının növbəti iclası keçirilmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şuransınnın növbəti iclası keçirilmişdir.  Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq, Şura üzvlərini gündəliklə tanış etmişdir.

Gündəliyə uyğun olaraq, “Fondun 2012-ci ildə fəaliyyəti barədə yekun hesabatı”nı icraçı direktor Vüqar Səfərli təqdim etmişdir. O, 2012-ci ildə görülən işlər və sərf olunmuş maliyyə vəsaiti barədə məlumat verərək Müşahidə Şurası üzvlərinin mövzu ətrafında suallarını da cavablandırmışdır.

Sonra Şura üzvləri çıxış edərək hesabat və ümumilikdə 2012-ci ildə görülmüş işlər barədə fikirlərini səsləndirmişlər.  Onlar fondun bu dövr üçün fəaliyyətini yüksək qiymətləndirərək hesabatın qəbul edilməsini məqbul saymışlar.  Hesabat şura üzvlərinin yekdil qərarı ilə qəbul edilmişdir.

Gündəlikdə yer alan növbəti məsələ “2013-cü ildə Fondun Tədbirlər Planı” olmuşdur. Plan da iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmişdir.

Bundan sonra 2013-cü il ərzində həyata keçiriləcək layihə və müsabiqələrə təqdim olunacaq yazıların qiymətləndirilməsi üçün “fondun ekspertlərinin tərkibinə baxılmış və  təsdiq edilmişdir.

Sonda 2013-cü il Novruz Bayramı münasibəti ilə  fərdi jurnalist yazıları müsabiqəsinin qaydaları və istiqamətləri müzakirə edilərək,  10 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul edilmişdir.

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında