Azərbaycan–İran dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır

 

 

Son zamanlar Azərbaycan–İran sərhədində fəaliyyət göstərən transsərhəd cinayətkar qrupların aşkarlanması və zərərsizləşdirilməsi, qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən zəruri tədbirlər davam etdirilməkdədir.

DSX-nin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, cari il fevralın 3-də Azərbaycan–İran dövlət sərhədinin 59 nömrəli sərhəd nişanı yaxınlığında (Beyləqan rayonu İkinci Şahsevən kəndi) 3 nəfərdən ibarət cinayətkar qrupun dövlət sərhədini pozması cəhdinin qarşısı alınmışdır.

Sərhəd pozucuları qayıqla Azərbaycandan İrana qaçaqmalı apararkən sərhəd naryadı ilə qarşılaşmış, onların qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikası sərhədçilərinə qarşı odlu silahdan istifadə etmişlər.

Sərhəd naryadının xəbərdarlıq atəşi nəticəsində qaçaqmalın bir hissəsini Azərbaycan ərazisində ataraq qaçdıqda, qayıq aşaraq Araz çayında batmış, lakin sərhəd pozucuları İran ərazisinə keçməyə nail olmuşlar.

Hazırda cinayətkar qrup üzvlərinin müəyyənləşdirilməsi, qayığın və digər maddi sübutların aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında