Bir qrup Qeyri–Hökumət Təşkilatı Əkrəm Əylislini məhkəməyə verir

 

Azərbaycanda fəaliyyət göstərən bir qrup Qeyri-Hökumət Təşkilatı yazıçı Əkrəm Əylislini məhkəməyə verir.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirovun APA-ya verdiyi məlumata görə, yazıçının Rusiyanın “Drucba narodov” curnalında dərc olunmuş “Daş yuxular” əsəri ilə bağlı etirazlarını bildirən QHT-lər Əkrəm Əylislinin “Xalq yazıçısı” fəxri adının, “Şöhrət”, “İstiqlal” ordenlərinin və digər dövlət təltiflərinin geri alınması, onun Azərbaycan vətəndaşlığından məhrum olunması tələbi ilə çıxış edirlər.

V. Qədirovun sözlərinə görə, onun rəhbərlik etdiyi təşkilat, habelə şəhid, veteran, qaçqın və köçkün, hərbi-vətənpərvərlik sahəsində fəaliyyət göstərən onlarla digər vətəndaş cəmiyyəti təsisatı yaxın günlərdə bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcək: “Əkrəm Əylisli xalqına iftira atmaq və həqarət etməklə təkcə azərbaycanlılara deyil, bütün insanlığa, bəşəri dəyərlərə xəyanət etmişdir. O, bu xəyanətin hesabını verməlidir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında