Əkrəm Əylisliyə və surəti “Xalq qəzeti”nə ünvanlanmış teleqramlardan sətirlər

 

Sənin yazdığın və “Daş yuxular” adlandırdığın sərsəmləmə bütün azərbaycanlıları hiddətə gətirib. Hər kəs səni lənətləyir. Çünki elə bir azəbaycanlı ailəsi yoxdur ki, onun ya özü, yaxud da yaxınları bu müqəddəs torpaq uğrunda şəhid verməsin.

Culfa rayon ictimaiyyəti adından bəyan edirik ki, biz səni azərbaycanlı hesab etmirik. Şəhidlərimizin uğrunda canından keçdikləri torpağa həqarət etmək nə yerə sığır, nə göyə. Sənin qanın təmiz deyil. Əsərini oxuyan hər kəs birmənalı olaraq belə düşünür.

 

Təranə Bayramova, Culfa şəhəri

Görəsən, yazdığın əsərin üçün heç olmasa indi, xalqın bu cür təpkisini görəndən sonra vicdan əzabı çəkirsənmi? Bizim fikrimizcə, səni göylərə qaldıran o titulların əlindən alınmalı və  vətən xani elan olunmalısan. Xain məhz elə sənin kimi olur: vətənin torpağında gəzir, suyunu içir, çörəyini yeyir, özünə gün-güzəran düzəldir, sonra da ona təpik atır. Xalqın qeyrəti naminə həbsxanalarda yatan, övladını şəhid verən vicdanlı şairi məsxərəyə qoyur. Heç nə düşünmədən xalqını aşağılayır, onun heysiyyətini tapdalayır.  Biz sənə görə utanırıq.

Babək rayonu, Güznüt, Nehrəm və Araz kəndlərinin sakinləri:

 

Cabbar Əliyev, Tağı Kazımov, Zülfiqar Orucov, Ramin Seyidov,

Yüksəl Süleymanov, Famil Abdullayev, Sənan Quliyev, Ceyhun Hüseynov,

 Kamal Sadıqlı, Səfər Bağırov, Amil Məmmədov, Fariz Nəsirov,

Elməddin Bağırov, Xaliq Quliyev, Anar Əliyev,

Elvin Həmzəyev, Səlim Axundov, Elşən İsmayılov, Sərmasib Həsənov,

Mirəli Seyidov, Orxan Məhərrəmov, Ramazan Məmmədli, Sahil Əliyev, Məzaəddin Bayrambəyliyev, İsa İbrahimov, Şamxal Şahsuvarov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında