Əkrəm Əylisli, şəhidlərimizin ruhu səni lənətləyir!

 

 

“İstiqlal” ordenli Əkrəm, sənin “Daş yuxular” əsərini oxumamışıq. Amma şərhini televiziyadan və mətbuatdan öyrəndik. Bir zamanlar xalqının millət vəkili olan bir insanın bu qədər vicdansızlıq etməsinə çox təəssüfləndik.

Ay “xalq yazıçısı”, məgər bilmirsən ki, dəyirmanına su tökdüyün ermənilərdən xalqımız nə bəlalar çəkib, torpaqlarımızın 20 faizi işğal olunub, nə qədər ailələr yer üzündən silinib, nə qədəri ev-eşiyindən didərgin düşüb? Sənin Azərbaycanın bütün bölgələrində salınan şəhidlər xiyabanlarında yatanlardan xəbərin yoxmu? Çinar boylu oğulların müharibədən əlil, şikəst  qayıtmalarından da xəbərsizsənmi? Biz xalqına, millətinə  dönük çıxanları və onların havadarlarını  ifşa etməkdən bezmişik. Bu sayıqlamaların ermənilərdən  başqa kimə və nəyə lazımdır?

Yazdıqların sübut edir ki, sən xalqımızın qatı düşmənlərindən heç də fərqlənmirsən. Xalqın sayılıb-seçilən qəhrəmanlarına, şairlərinə böhtan ataraq, Silva Kaputikyan və Zori Balayanla bir sırada olmağı özünə şərəf bilirsən. Azərbaycanın ən şərəfli titullarını alıb ona dönük çıxanın cəzasını Allah verəcək. Bunu unutma!

Ordubad rayonu, Dəstə kənd ziyalıları adından:

A. Qasımov, L. Tağıyeva, R. Əsgərov, Ş. Məmmədov,
C. Nağıyeva, F. Məmmədov, S. Məmmədova, M. Musayev, R.
Rzayev, N. Əsgərova, G. Nağıyeva, N. Nağıyeva,
T. Rzayeva, N. Məmmədov, K. Həsənova, K. Nağıyeva,
R. Fərəcov, A. Musayeva, G. Sadıqova, R. Qasımova,
G. Şabanova, Ə. Hüseynov, S. İsmayılova.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında