Binəqədi rayonunda Sakinlərin Müraciət Xidməti yaradılmışdır

 

 

Binəqədi Rayon İcra Hakimiyyətində Sakinlərin Müraciət Xidmətinin (SMX) təqdimat mərasimi keçirildi. Tədbirin əvvəlində xidmətin rəisi Anar Səfərov  SMX-in fəaliyyəti barədə videoçarx əsasında ətraflı məlumat verdi. Bildirdi ki, xidmətin yaradılmasında əsas məqsəd sakinlərin müraciətləri ilə əlaqədar operativ tədbirlər həyata keçirilməsi, rayonda yerləşən dövlət və təsərrüfat orqanlarının fəaliyyətinin əlaqələndirilməsidir. Bu, həm də şəffaflığı təmin edəcək, korrupsiyaya qarşı mübarizədə vətəndaşların rolunu artıracaqdır. 

A. Səfərov həmçinin qeyd etdi ki, 1646 nömrəsinə edilən bütün zənglər xidmətin  səviyyəsinin ölçülməsi məqsədilə avtomatik rejimdə qeydə alınacaq və lent yazısında yaddaşda saxlanılacaqdır. Hər hansı mübahisəli məsələ meydana çıxdığı zaman həmin lent yazısına qulaq asmaq mümkündür. A. Səfərov eyni zamanda xatırlatdı ki,  Sakinlərin Müraciət Xidmətinin 1646 nömrəli telefonuna edilən zənglər ödənişsizdir. Sakinlər bütün stasionar və mobil telefonlardan zəng edə bilərlər.  Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında qeyd etdi ki, Sakinlərin Müraciət Xidməti Binəqədi rayonunda dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına müsbət təsir göstərəcək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqə daha da güclənəcəkdir. Bu xidmət rayon icra hakimiyyətinə daxil olan yazılı müraciətlərin sayının azalmasına, əməkdaşların əlavə vaxt itkisinə yol verilməməsinə imkan yaradacaqdır. Sakinlərin Müraciət Xidməti həmçinin şəffaflığı, hökumət orqanının hasabatlılığını və korrupsiyaya qarşı mübarizədə əhalinin rolunu artıracaqdır.

Xaləddin İsgəndərov çıxışının sonunda vurğuladı ki, Sakinlərin Müraciət Xidmətinin fəaliyyətində operativlik, nəzakətlilik və məsuliyyət əsas yer tutacaqdır. Vətəndaşlara göstərilən xidmət proqram təminatı yüklənmiş informasiya texnoıogiyaları vasitəsilə reallaşdırılacaq, mübahisələrin həllini və əhalinin müvafiq informasiya əldə etməsini sürətləndirəcəkdir.

Telefon xidməti zamanı daxil olan zənglərin, verilən məlumatların və göstərilən xidmətlərin qeydiyyatı aparılacaqdır. Bu isə son nəticədə rayon icra hakimiyyəti rəhbərliyində yerli strukturların fəaliyyətinə nəzarəti daha da gücləndirəcəkdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında