Böyük Britaniyanın azərbaycanlı icması Xocalı aeroportunun açılması ilə bağlı bu ölkənin baş nazirinə petisiya ünvanlamışdır

 

 

Böyük Britaniyanın azərbaycanlı icması baş nazir Devid

Kemeronun iqamətgahına petisiya ünvanlamışdır.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Xocalı aeroportu ilə əlaqədar Anar Orucovun təqdim etdiyi petisiyada deyilir: “Xocalı aeroportunun açılmasının sülh danışıqlarına mənfi təsir edəcəyini nəzərə alaraq, biz Böyük Britaniyanın baş nazirini Ermənistan hökumətinə təqdimat göndərərək onu işğal olunmuş Dağlıq Qarabağ ərazisində Xocalı aeroportunun qanunsuz açılmasından çəkindirməyə çağırırıq. Xocalı aeroportu Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra bağlanmışdır. Aeroport 2010-2011-ci illərdə yenidən tikilmiş, onun mümkün açılışı artıq ABŞ-ın Azərbaycandakı səfiri, ATƏT və AŞPA tərəfindən pislənilmişdir. Xocalı aeroportundan uçuşların həyata keçirilməsi Ermənistanın hərbi işğalının Azərbaycanın hava məkanınadək genişlənməsi deməkdir, bunun dəhşətli nəticələri ola bilər”.

Avropa Azərbaycan Cəmiyyəti Britaniyada yaşayan bütün azərbaycanlıları bu petisiyanı (http://epetitions.direct.gov.uk/petitions/45179  imzalamağa və Britaniya hökumətinin diqqətini bu məsələyə çəkməyə çağırır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında