Ölkədə ictimai-siyasi sabitliyin pozulmasına və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumatlar yayan qəzetin rəhbərliyinə xəbərdarlıq olunmuşdur

 

 

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, “Azadlıq” qəzetinin 2013-cü il 5 fevral tarixli  sayında “Şamaxı da etiraz mitinqinə hazırlaşır” başlıqlı məqalədə cari il fevralın 20-də Şamaxı Rayon İcra Hakimiyyətinin binasının qarşısında sosial problemlərin həll edilməməsi ilə bağlı mitinq keçiriləcəyi və bu barədə rəsmi müraciətin icra hakimiyyətinə təqdim olunduğu barədə məlumat verilmişdir.

Baş Prokurorluqda aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, qəzetin redaksiyası tərəfindən obyektiv reallığa əsaslanmayan və “Natiq” adlı müəllifin qərəzli mövqeyini əks etdirən bu yazı ictimai rəyi çaşdırmağa, yalan məlumatlar yaymaq yolu ilə bölgələrdə gərginlik şəraiti yaratmağa, son nəticədə isə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmiş qanunsuz hərəkətdir.

Araşdırmalarla həmçinin müəyyən edilmişdir ki, qeyd edilən tarixdə Şamaxı şəhərində mitinq keçiriləcəyi barədə rayon icra hakimiyyətinə heç bir müraciət daxil olmamış, etiraz mitinqinin keçirilməsinə hazırlıq getməsi barədə məlumat təsdiqini tapmamışdır.

Qeyd olunanlarla əlaqədar “Azadlıq” qəzetinin baş redaktorunun vəzifəsini icra edən baş redaktorun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğa dəvət edilmişdir. “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu qəzetdə Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin pozulması, ictimai rəyi çaşdırmaq məqsədi ilə heç bir əsası olmayan yalan məlumatların gələcəkdə dərc olunacağı təqdirdə barəsində inzibati və cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə ona rəsmi xəbərdarlıq edilmişdir.

Habelə, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələblərinə görə, yalan və qərəzli yazıları yaymaq, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasının yolverilməzliyi diqqətə çatdırılmaqla, qanuna müvafiq olaraq həqiqətə uyğun olmayan informasiya barədə qəzetin növbəti sayında təkzib verilməsi tələb olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında