Əkrəm Azərbaycana dönük çıxdığı kimi, “Əylisli” adına da xəyanət etdi

 

Dünyanın hər bucağında insanlar öz tanınmış həmyerliləri ilə haqlı olaraq öyünürlər. Biz əylislilər də kəndimizdə doğulub böyümüş Əkrəm Naibovun bir yazıçı kimi ortaya çıxıb məşhurlaşmağına sevinmişdik. Lakin Dağlıq Qarabağ münaqişəsi başlayandan onun dəfələrlə yaratdığı yersiz qalmaqallar xalqımız kimi, biz əylisliləri də məyus etmişdi. Fikirləşmişdik ki, millət qarşısında söz sahibi olan ziyalılarımızın haqlı qınaqları, yəqin, onu səhv yoldan çəkindirəcək. Min təəssüf ki, belə olmadı.

Əkrəmin bədnam “Daş yuxular” əsəri göstərdi ki, o illər boyu səhv, qərəzli düşüncələrindən daşınmaq əvəzinə, onları üst-üstə qoyub ayrıca romana çevirirmiş. Son günlər qopan hay-küydən sonra biz də düşmən başı ilə yazılmış o “daş sayıqlamadan” xəbər tutduq. İllər boyu adına, sözünə güvəndiyimiz həmkəndlimizin misilsiz bir mənəvi cinayət etməsi — Vətəninə, xalqına, hətta doğulduğu kəndinə dönük çıxması bizi sarsıtdı. Kəndinin, rayonunun, diyarının, ölkəsinin verdiyi çörəyə, havaya, suya, ada, titula, imkana belə vicdansız bir əməllə cavab verməyin bir adı var: xəyanət. Xəyanət isə heç vaxt heç bir yerdə bağışlanmayıb.

Görün, iblis Əkrəmin qəlbinə necə girib ki, o tarix boyu xalqımıza qarşı qanlı cinayətlərini davam etdirib indiki fəlakətli həddə çatdırmış erməni cəlladları üçün göz yaşı tökür, tövbə edir. Hansı əsasla, niyə? Əkrəm hansı ağılla, insafla tarixi Azərbaycan torpaqları, eləcə də doğulduğu Əylis kəndini ermənilərə bağışlayır? — Ona görə ki, Əkrəmin ata-babalarının qəbri yüz illərdir Əylisdədir?

Əkrəm ermənilərin törətdikləri bəd əməlləri xalqımızın adına yazmaqla uzaq və yaxın tariximizi danıb, yerinə düşmənlərin uydurduqları yalanları yazıb. Buna görə ermənilər onu qəhrəmana çeviriblər. Ar olsun belə ağıl və qələm sahibinə ki, xalqı ilə bağlı həqiqətləri yalana, böhtana büküb qəsdimizə durmuş əli qanlı düşmənə təslim edir.

Əkrəm xalqımızın onu qaldırdığı yüksəklikdə dayana bilməyib özünü uçuruma yuvarlatdı. Bu, mənəvi intihardır. Azərbaycanın “Xalq yazıçısı” kimi uca adı, “İstiqlal” ordeni kimi ali mükafatı Əkrəmin mənəvi cəsədinin üstündən götürülməlidir. Biz xalqın bu tələbinə qoşuluruq. Öz əlimizdən gələn isə odur ki, deyək: Bizim daha Əkrəm Əylisli kimi həmkəndlimiz yoxdur. Çünki onun üçün də Əylis adlı bir Azərbaycan kəndi yox imiş. Biz başımızı aşağı etmiş bir insanla daha həmkəndli deyilik!

Ordubad rayonu, Əylis kəndinin əhalisi adından:

Vilayət RZAYEV,

Zülfüqar QULİYEV,

Mais Məmmədov,

Novruz AĞAYEV,

Qurban SƏFƏROV,

Anar QARAYEV,

Rübabə və Təhminə MƏMMƏDOVALAR,

Elxan HÜSEYNOV,

Akif HÜSEYNOV

Cəmi 30 imza.

 

 

Redaksiyadan:Oxuculara bildiririk ki, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarından, kənd və qəsəbələrindən bu məzmunda3 minədək teleqram almışıq. Dərin təəssüf və qəlb ağrısı ilə Əkrəm Əylislinin özünə və surəti redaksiyamıza göndərilmiş bu teleqramlarda yazıçının titul və mükafatlarının şəxsiyyətinin indiki durumu və daşıdığı mənəvi suçla bir araya sığmadığı vurğulanır. Teleqramlar gəlməkdə davam edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında