“Daş yuxular” milli simasızlıq nümunəsidir

 

 

Biz Naxçıvan Dövlət Universitetinin professor, müəllim və tələbə kollektivi Rusiyanın “Drujba narodov” jurnalında dərc olunan “Daş yuxular” əsərini Əkrəm Əylislinin xalqımıza qarşı etdiyi xəyanət və satqınlıq nümunəsi kimi qarşıladıq.

Bu əsər Əkrəmin damarlarında axan erməni qanının ədəbiyyat müstəvisində təzahürüdür. 1905-1907, 1918-1920, 1988-1993-cü illərdə xalqımıza qarşı qətliamlar törədən, soyqırımlar həyata keçirən androniklər, şahnazaryanlar, balayanlar, köçəryanlar, sarkisyanlar bu dəfə Əkrəm Əylislinin timsalında zühur ediblər. “Daş yuxular” adlı cızmaqarada qaniçən, cəllad erməniləri təmizə çıxaran, öz xalqını çirkaba batıran Əkrəm Əylisli şərəfsizliyi ilə şəhidlərimizin ruhunu təhqir etmişdir. Azərbaycanın şəhər və kəndlərindəki kütləvi soyqırım və şəhid məzarlıqları, Qarabağda dağıdılan minlərlə tarixi abidə və digər maddi-mədəniyyət nümunələri quduz ermənilər kimi Əkrəm Əylislinin də görmək istəmədiyi reallıqlardır. Xocalı soyqırımına göz yumanlara, qanı hələ daşlardan silinməyən minlərlə soydaşımızın ruhuna xəyanət edənlərə Azərbaycan cəmiyyətində yer yoxdur.

Əkrəm bu ölkənin həqiqi vətəndaşı olsaydı, ermənipərəst niyyətindən əl çəkər, düşmənlərimizə saxta tarix yaratmaqda köməklik göstərməzdi. Şeytani sifarişlə qələmə alınan “Daş yuxular” əsəri simasızlığın və mənəviyyatsızlığın növbəti ifadəsidir. Bu əsərin müəllifi milli maraqlarımızı, qədim tariximizi ermənilərə güzəştə getdiyinə və onların qaniçən ideoloqlarına qoşulduğuna görə azərbaycanlı adını daşımağa layiq deyil.

Xalqımıza arxadan zərbə vurduğu üçün ermənipərəst Əkrəmin xalq yazıçısı adını və “İstiqlal” ordenini daşımağa haqqı yoxdur.

Əkrəm kimi satqın öz rəzil əməlləri ilə düşmən dəyirmanına su tökdü. Tarixdə mütiliyi, rəzilliyi həyat amalı seçənlər az olmayıb. Lakin sel çör-çöpləri yuyub apardığı, izini-tozunu itirdiyi kimi, tarix də Azərbaycana, Naxçıvana, Qarabağa, Əylisə sahib çıxmayan Əkrəmi və onun “Daş yuxular”ını silib-süpürüb atacaqdır.

Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və tələbə kollektivi adından:

Seyid SURƏ,
tədris işləri üzrə prorektor, dosent,

Anar KAZIMOV,
riyaziyyat üzrə fəlsəfə doktoru,

Məmməd RZAYEV,
professor,

Əsgər QƏDİMOV,
professor,

Həmzə CƏFƏROV,
professor,

Ağarza RÜSTƏMOV,
professor,

Arzu ABDULLAYEV,
tələbə gənclər təşkilatının sədri,

Mətin QULUZADƏ,
tələbə həmkarlar təşkilatının sədri,

Ramazan ABDULLAYEV,
tələbə-elmi cəmiyyətinin sədri və b.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında