Əkrəm Əylisliyə və surəti “Xalq qəzeti”nə ünvanlanmış teleqramlardan sətirlər

 

Xocalıda baş verənlər sizin başınıza gəlsəydi “Daş yuxular”ı yazardınızmı? Niyə azərbaycanlı olduğunuzu bu qədər unutmusunuz? Bundan sonra nə haqla özünüzü xalq yazıçısı sayacaq, xalqın pulunu yüksək təqaüd kimi xərcləyəcəksiniz?

Bizim sizin kimi satqın, simasız yazıçımız yoxdur. Bayron ingilis ola-ola yunanların haqq işi uğrunda həlak oldu. Siz azərbaycanlı olaraq cinayətkar ermənilərə göz yaşı tökürsünüz. Xəyanətin tövbəsi qəbul olunmaz, bağışlanması yoxdur.

Cabir ƏSƏDLİ,
Sahbuz şəhəri

Əkrəm Əylisli, siz əgər azərbaycanlı olsaydınız yazdıqlarınızı gərək heç yuxuda da görməyəydiniz. Sizin kimi xain barədə heç bədii əsərlərdə də oxumamışam. Siz düşməndən də betər imişsiniz. Bircə tikə vicdanınız varsa xalq yazıçısı adından, “Şöhrət” və “İstiqlal” ordenindən, keflə xərclədiyiniz Prezident təqaüdündən imtina edin. Təəssüf ki, siz hələ xəyanətinizə bəraət də qazadırmağa cəhdlər edirsiniz. Bilin ki, sizə daha Azərbaycan cəmiyyətində yer yoxdur!

Mikayıl TANRIVERDİYEV,
Kəngərli rayonu

Azərbaycanı tarix boyu Cavanşir, Babək kimi qəhrəmanlar qoruyub sonrakı nəsillərə ötürüb. Mübariz İbrahimov kimi oğullar erməni işğalı ilə barışmayıb canından keçdilər. Xalq yazıçısı deyib başa çıxartdığımız Əkrəm Əylisli isə dünyaya bəyan edir ki, biz ermənilərə divan tutmuşuq. Belə də qeyrətsizlik, şərəfsizlik olar?

Əkrəm Əylisli bu xalqdan aldıqları nə varsa hamısına sahib olmaq haqqını itirib. O, özünü əbədi lənətə düçar edib. Belə xain və nankorlara bir daha fürsət və aman verilməməlidir.

Nurəddin RÜSTƏMOV,
Şərur rayonu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında