Səbail gənclərinin bayram şənliyi

 

 

Dövlət Bayrağı Meydanındakı “Kristall - Hall”da Səbail rayon gənclərinin 2 Fevral- Gənclər Gününə həsr olunmuş bayram şənliyi keçirilmişdir. Mərasimdə rayonun istehsalatda, elm, mədəniyyət və təhsildə, ictimai,  elmi-pedaqoji fəaliyyətdə, biznes və idmanda fərqlənən gəncləri, ictimaiyyət nümayəndələri, çoxsaylı qonaqlar iştirak  etmişlər.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov gəncləri   salamlayaraq qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan gəncliyini sağlam, güclü, bilikli və işgüzar görmək istəyirdi. O, millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin həyatda  layiqli  yerini tutması üçün qanuni əsaslar yaratdı.  Ulu öndər 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və dövlət gənclər siyasətini sahmana saldı. 1996-cı il fevralın 2-də ilk dəfə müstəqil dövlətimizin gənclər forumu keçirildi. Prezident Heydər Əliyevin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi.

Prezident İlham Əliyev də gənclərin problemlərini daim diqqətdə saxlayır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclərin sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi  həmin işlərin bir hissəsidir.

Qeyd olundu ki, Səbail rayon əhalisinin 21,5 faizini gənclər təşkil edir. Gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, onların sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasəti  üzrə dövlət proqramlarının həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, xidmətlərinin qiymətləndirilməsi istiqamətində ötən illərdə əsaslı işlər görülmüşdür. 

Çıxış edənlər ölkədə və Səbail rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gənclərimizi bayram münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.

Tədbirdə rayonun ictimai-

siyasi həyatında və digər  sahələrdə fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə  Səbail Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur. 

Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirakı ilə böyük konsert proqramı və gənclər diskotekası ilə  başa çatmışdır.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında