Yasamal rayonunda Gənclər Günü qeyd olundu

 

 

Fevralın 1-də Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində 2 Fevral–Gənclər Günü münasibətilə  rayon icra hakimiyyəti və  Gənclər və İdman İdarəsi tərəfindən toplantı keçirilmişdir.

Tədbirdə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri, idarə, müəssisə və təşkilatlarda çalışan gənclər, QHT üzvləri, Silahlı Qüvvələrin Təllim Mərkəzinin zabit heyəti iştirak etmişdir. Toplantıdan öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin muzey bölməsində yerləşən ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.

Toplantını açıq elan edən Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, dövlətin uğurlu gənclər siyasəti barədə və onun Yasamal rayonu üzrə uğurları haqqında məlumat vemişdir. O bildirmişdir ki, bu əlamətdar gün  respublikamızın hər yerində olduğu kimi, Yasamalda da da geniş təntənə ilə qeyd edilir. Bu rayon  gənclərin sıx yaşadığı, fəaliyyət göstərdiyi ərazidir. İlham Səfərov 2 Fevral–Gənclər Gününün geniş şəkildə qeyd olunması məqsədilə idarə tərəfindən xüsusi tədbirlər planı işlənib hazırlandığını da iştirakçıların diqqətinə çatdırdı.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış edərək Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. İ.Mehdiyev bu əlamətdar günün mahiyyətindən və təsis olunması tarixindən danışaraq ümummilli lider Heydər Əliyev və hazırda Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğının əvəzsiz olduğunu vurğuladı. O, ulu öndər Heydər Əliyevin hələ sovet dövründə ölkə gənclərinə göstərdiyi qayğı barədə  məlumat verərək, hakim dairələrin Azərbaycana olan mənfi münasibətinə baxmayaraq, bu işi uğurla həyata keçirdiyindən söhbət açdı.

Tədbirdə Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşları, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabitləri, ictimai təşkilatların nümayəndələri, ali məktəblərin tələbələri çıxış etdilər.

Tədbirdə bir qrup fəal gənc dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdikləri səmərəli fəaliyyətə görə Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal Rayon Gənclər İdman İdarəsi tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə təltif olundular. Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirildi. 

Anar TURAN,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında