Bizim Əkrəm kimi həmyerlimiz yoxdur!

 

Sənin gerçəklikdən uzaq, heç bir tarixi fakta söykənməyən, xalqımıza qarşı soyqırımı həyata keçirən erməniləri məzlum xalq kimi təqdim edən, Azərbaycan xalqını aşağılayan yaramaz əsərin hamı kimi Ordubad rayon sakinlərinin də dərin hiddət və qəzəbinə səbəb olub.

Bizi daha çox narahat edən isə həmin yazının müəllifinin ordubadlı olması, tarixən ziyalılar yurdu kimi tanınan Ordubaddan belə ləyaqətsiz, suyunu içib, çörəyini yediyi yurd yerinə xəyanət edən, dövlətimizin bütün imtiyazlarından yararlanan şərəfsizin olmasıdır.

Xocalıda soyqırımı törədənləri, torpaqlarımızın 20 faizini işğal edənləri, həmvətənlərimizi tarixi torpaqlarımızdan, ata-baba yurdlarından qovub çıxaranları məzlum görkəmdə təqdim etmək xalqa xəyanətdən başqa bir şey deyil. Sənin “sapı özümüzdən olan” balta funksiyasını kimlərinsə sifarişi ilə yerinə yetirməyin ən şərəfsiz və alçaq hərəkətdir.

 Sən şərəfini və ləyaqətini itirən gündən Əylisli olmaq, bu addan ədəbi təxəllüs kimi istifadə etmək haqqını da itirdin.

Əminik ki, tarix hər şeyi öz yoluna qoyacaq, xalqımıza qarşı düşmənçilik edən ermənilər və Əkrəm Naibyan kimi ermənipərəstlər öz layiqli cəzalarını alacaqlar. Biz belə səviyyəsiz yazı müəllifini bundan belə ziyalı hesab etmir, onu xalqımıza qarşı nifaq toxumu səpən Zori Balayan, Kaputikyan, Aqanbekyan kimi başkəsənlərlə bir cərgədə görürük. Xalqımız heç vaxt bu şərəfsizliyi Əkrəm Naibyana bağışlamayacaqdır.

Ordubad rayon ictimaiyyəti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında