Xalqına xəyanət edən yazıçı onun fəxri titullarını daşıya bilməz!

 

 

Biz Naxçıvan Muxtar Respublikasının ziyalıları, mətbuat və mədəniyyət işçiləri Əkrəm Əylislinin Rusiyanın “Drujba Narodov” jurnalında dərc olunmuş “Daş yuxular” əsərini kəskin hiddətlə qarşılayır, bu əsəri yazıçı adını daşımağa layiq olmayan bir adamın xalqımıza qarşı növbəti xəyanəti kimi qəbul edirik.

Əkrəm Əylisli öz xislətindəki nadanlığı, mənəviyyatsızlığı, genindəki erməniliyi bu əsərdə təkcə nümayiş etdirməmiş, bununla yanaşı, qaniçən, uşaq qatili olan ermənilərə yeni bir Andranik abidəsi ucaltmağa cəhd göstərmişdir. Buna həddindən artıq sevinən ermənilər Əkrəm Əylislinin timsalında “Xocalıda türk qanı axdıqca mən bir erməni yazıçısı olaraq rahatlıq tapırdım”, - deyən ikinci bir Zori Balayan qazandılar. “Daş yuxular” dərc olunar-olunmaz erməni mətbuatı “Azərbaycanda ikinci Zori Balayan - bu, Əkrəm Əylisli akberimizdir” bəyanatını verdi. Bizcə, tarixdə bundan alçaldıcı, insanın şərəfini iki qəpiklik edən ikinci bir hadisə olmamışdır. Belə əqidəsiz “yazıçı”nın xalq yazıçısı adını daşıması mümkün deyil.

İki əsrdən artıq xalqımızın başına müsibətlər gətirən, Bakıda, Naxçıvanda, Şamaxıda, Qubada, Xocalıda qətliamlar törədən, tarixi torpaqlarımızda özlərinə dövlət quran, ərazilərimizin 20 faizini işğal edən erməniləri “Daş yuxular”da ideallaşdırmaq, gerçək tarixi saxtalaşdırmaq Vətənimizə, şəhidlərimizin ruhuna arxadan vurulan zərbədir. “Daş yuxular” daşların “danışdıqları” yuxular deyil. Bu, ermənilərə rəğbət bəsləyən bir buyruq qulunun erməni əcdadlarının yuxuları və sayıqlamalarıdır. Bu əsər Azərbaycan ədəbiyyatına qara bir ləkədir.

Vətən daşı olmayan, heç vaxt vətəndaş ola bilməz. Əkrəm Əylisli üzdəniraq “Daş yuxular” əsərini yazmaqla Azərbaycana da, Naxçıvana da, çörəyini yeyib, suyunu içdiyi qədim oğuz yurdu olan Əylis kəndinə də xəyanət etdi. Vətən, doğma torpaq heç vaxt belə xəyanətləri bağışlamır.

Azərbaycan xalqına nifrət edərək onu aşağılayan, düşmən dəyirmanına su tökən, öz simasızlığı ilə ziyalı adına ləkə gətirən Əkrəm Əylisli azərbaycanlı kimi şərəfli adı daşımağa layiq deyil. Bu gün onun layiq olduğu bir şey var: Azərbaycan xalqının nifrəti.

 

Aytəkin Qəhrəmanova, Kamran Quliyev, Ülviyyə Həmzəyeva, Tural Səfərov, Nizami Rəhimov, Rövşən Hüseynov, Elxan Yurdoğlu, Elnur Kəlbizadə, Qafar Qərib, Həsənalı Eyvazlı, Əbülfəz Əsgərli, Yazgül Rzayeva, Səxavət Kəngərli, Samirə Şahtaxtinskaya, Aida Allahverdiyeva, Həmid Əliyev, Aygün Hüseynova, Namiq Məmmədov,

Naxçıvan şəhərinin sakinləri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında