Nəsimi Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir

 

 

Nəsimi  Rayon Ağsaqallar Şurasının  hesabat yığıncağı  keçirilmişdir.

Tədbirdə şuranın  sədri,   professor  İmran Cəfərzadənin  hesabat  məruzəsi  dinlənilmişdir. Sonra  məruzə   ətrafında  çıxışlar  olmuşdur. Rayon  Ağsaqqallar Şurası  idarə  heyətinin  üzvü  professor  Sabir  Daşdəmirov,  Azərbaycan Tibb Universitetinin  prorektoru,  professor  Sabir  Əliyev  çıxış  edərək  şuranın  ötən  dövrdəki fəaliyyətini  müsbət  qiymətləndirmiş  və  qarşıda  duran  vəzifələrdən  danışmışlar.

Nəsimi  Rayon İcra Hakimiyyətinin   başçısı Nəsib  Məhəməliyev yığıncaqda çıxış edərək ağsaqqalların ölkəmizin  ictimai  həyatındakı  rolundan  və  cəmiyyətdə onların  vətəndaş mövqeyinin  əhəmiyyətindən  danışmışdır.   O,  dövlətimizin  bu kateqoriyadan olan insanlara böyük   diqqət  və  qayğı göstərdiyini vurğulamışdır.

Professor  İmran Cəfərzadə  yenidən  rayon Ağsaqqallar Şurasının  sədri seçildi. Yığıncaqda Respublika Ağsaqqallar Şurasının qurultayına  beş  nümayəndə  seçilmişdir.

Ayaz HƏMİDOĞLU,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında