Azərbaycan ilə Türkiyə arasında ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin prioritetləri müzakirə olunmuşdur

 

 

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov fevralın 4-də Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, xalqlarımızın möhkəm dostluq və qardaşlıq münasibətlərini, ikitərəfli əlaqələrin genişlənməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayan nazir ölkələrimiz arasındakı zəngin müqavilə-hüquq bazasına malik əməkdaşlığın müxtəlif, o cümlədən ədliyyə sahəsində dinamik inkişafından məmnunluğunu ifadə etmişdir.

F.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu ədliyyə və məhkəmə islahatlarından danışmış, bu tədbirlərdə türkiyəli mütəxəssislərin iştirakını, qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə son illər 170-ə yaxın hakimliyə namizədin Türkiyədə nəzəri və praktiki təlim keçdiyini təqdir etmiş, yaxın günlərdə Türkiyə Ədliyyə Nazirliyi nümayəndələrinin Azərbaycana nəzərdə tutulmuş səfərini sıx əməkdaşlığımızın təzahürü kimi dəyərləndirmişdir.

Görüşdə ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsində dövlət və hökumət başçılarının xüsusi rolu və güclü siyasi iradəsi, dövlətlərimizin hər zaman bir-birinə qarşılıqlı dəstək göstərməsi qeyd olunmuş, əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların mövcudluğu vurğulanmış, təcrübə mübadiləsinin hər iki tərəf üçün səmərəli olacağı bildirilmişdir.

Dərin tarixi köklərə malik əlaqələrimizin yüksək səviyyəsindən məmnunluqla danışan səfir Azərbaycanın hərtərəfli dinamik inkişafını qeyd etmiş, məhkəmə-hüquq sistemində aparılan islahatları və əldə olunmuş nailiyyətləri, habelə innovativ və şəffaf xidmətlərin tətbiqini alqışlamış, xüsusilə ötən ay fəaliyyətə başlamış “ASAN xidmət”ini maraqlı qabaqcıl təcrübə kimi qiymətləndirmişdir. Diplomat Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə ölkələrimiz arasındakı səmərəli hüquqi əməkdaşlığı daha da möhkəmləndirmək üçün səylərini əsirgəməyəcəyini vurğulamışdır.

Görüşdə ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin prioritetləri, korrupsiyaya qarşı mübarizədə müsbət təcrübə, elektron xidmətlərin tətbiqi və s. sahələr üzrə faydalı fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında