Cari ilin birinci rübündə paytaxtda 210 videomüşahidə vasitəsi istismara veriləcəkdir

 

 

Cari ilin birinci rübündə paytaxtda daha 150 yerdə 210 videomüşahidə vasitəsi istismara veriləcəkdir. Bu sahədə fəaliyyətin davam etdirilməsi məqsədilə isə 150 yerdə “Üztanıma” funksiyasına malik kameraların alınmasına zəruri maliyyə vəsaiti ayrılmışdır.

AzərTAc xəbər verir ki, bu sözləri daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasındakı çıxışında demişdir.

Nazir bildirmişdir ki, qarşıda duran vəzifələrin uğurlu icrası üçün müasir informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunur. Bu baxımdan, hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsində əhəmiyyətli rolu olan “Təhlükəsiz Şəhər” sisteminin videomüşahidə vasitələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər ardıcıllıqla həyata keçirilməkdədir.

Nazir diqqətə çatdırmışdır ki, sistemin fəaliyyətə başladığı 2008-ci ildən bu günədək respublika üzrə 1330 yerdə 5790, o cümlədən paytaxtda 1064 yerdə 2902, Gəncədə 131 yerdə 370, Sumqayıtda 85 yerdə 228, Abşeron rayonunda 19 yerdə 55, habelə Bakı Metropolitenində 73 yerdə 1974 kamera quraşdırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında