Fövqəladə Hallar Nazirliyi ilə bp şirkəti arasında əməkdaşlığın prioritetləri müzakirə edilmişdir

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov fevralın 4-də bp şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qordon Birrelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzərTAc-a bildirmişlər ki, görüşdə K.Heydərov Azərbaycan Respublikası ərazisində fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Ötən illər ərzində FHN ilə bp şirkəti arasında fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş işlərin mühüm əhəmiyyət kəsb etdiyini qonağın diqqətinə çatdırmışdır.

Eyni zamanda, əməkdaşlıq çərçivəsində son illər ərzində həyata keçirilmiş birgə təlimlərin əhəmiyyəti qeyd edilmiş, gələcəkdə “bp-Azərbaycan” şirkəti ilə FHN arasında imzalanmış Qarşılıqlı Fəaliyyət Planına əsasən birgə tədbirlərin keçirilməsi barədə razılıq əldə olunmuşdur.

Qordon Birrelin “bp-Azərbaycan” şirkəti ilə FHN arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında