Daş yuxular, yoxsa xalqa atılan daşlar?

 

Ağlasığmaz hadisələrlə rastlaşanda deyirik: yatsam  yuxumda da görməzdim. Kimin ağlına gələrdi ki, xalq yazıçısı, “İstiqlal” ordenli, Əkrəm Əylisli naqafil “Daş yuxular” adlı bir əsər yazar və oradan öz xalqının bostanına daş yağdırar.

Çox təəssüf ki, belə bir hadisə baş vermişdir. Azərbaycan oxucusunun çoxdan yeni bir əsərini gözlədiyi Əkrəm müəllim Rusiyanın “Drujba narodov” (“Xalqlar dostluğu”) jurnalında Dağlıq Qarabağ münaqişəsindən artıb törəyən faciəli hadisələr barədə “bədii düşüncülərini” çap etdirməklə aləmi bir-birinə qatmışdır. “Baş verən hadisələrin fövqündə dayanmaq” iddiasında olan yazıçı, nədənsə, birdən-birə 180 dərəcə dönərək öz xalqını “erməni talanında ittiham etmiş, milli marağa, obyektivliyə, tarixi həqiqətə arxa çevirmişdir.

Bu oyuna, gözlənilməz hoqqaya, xalqına qarşı mənəvi hücüma xalq yazıçısını nə, kim təhrik etmişdir? Axı bu düşmənlərin bizə elədiklərindən də dəhşətlidir.

 Məgər hansısa bir erməni yazıçısı öz xalqını azərbaycanlılara, türk soyuna qarşı törətdiyi misilsiz qırğınlarda zərrə qədər təqsirləndiribmi ki, Əkrəm bunun qarşılığını eləyib? – Əksinə, zaman-zaman yüz minlərlə soydaşıımızı işgəncələrlə qətlə yetirmiş, el-obalarımızı xarabalığa çevirmiş, qardaş-bacılarımızı ata-baba yurdlarından didərgin salmış ermənilərin ideoloqları, ziyalıları, qələm sahibləri fasiləsiz olaraq öz əməllərini bizim adımıza yazır, böhtan və təxribatlarına ara vermirlər.

Məgər Əkrəm bilmir ki, tarixən davaya həmişə ermənilər başlayıblar, həmişə də insanlığa ləkə gətirən əməllərindən axıradək əl çəkməyiblər? Qarabağ məsələsini kim başladı? Azərbaycanlıları Ermənistandakı tarixi yurdlarından döyə-döyə, öldürə-öldürə kim qovdu? Əkrəm niyə bu min bir səbəbi qoyub, bir məcburi nəticəni böyüdücü şüşə altında göstərir? Axı azərbaycanlılar Ermənistandan çıxarılandan sonra ermənilər 2 il Bakıda rahat, sərbəst yaşadılar. Bakıda onlara qarşı törədilən zorakılıqlar isə ermənilərin ağalarının törətdiyi təxribatdan başqa bir şey olunmamışdı.

Əkrəm bütün bunları ovucunun içi kimi bilə-bilə niyə Bakıda barmaqla sayılacaq qədər erməninin elə öz soydaşları tərəfindən təükil edilmiş siyasi təxribat qurbanı olmasını xalqımızın adına yazır. Axı onun yazdığı böhtanlar 5-10 oxucuya deyil, geniş xarici auditoriyaya ötürülüb. 20 ildən bəri üstümüzdən silməyə, atmağa çalışdığımız erməni böhtanlarını öz yazıçımız niyə xalqımızın adna bədiiləşmiş şəkildə yapışdırır. Buna nə ad verəsən?

Görəsən, Əkrəm haqlı ümümxalq qınağının, hiddətinin qarşısında nə düşünür? Düşünürmü ki, düşmənlərimiz artıq onu qəhrəmana çeviriblər. Onun istədiyi, bəlkə bu idi?

Nə qədər gec deyil, yazıçı oxucularına, xalqına bu sualların, cavablarını açıqlamalıdır.

Əgər Əkrəm hər hansı bir təxribatdan da dəhşətli olan bu rüsvayçılıqdan çıxmasa, “Daş yuxular”dan imtina etməsə, xalq onun oxucusu olmaqdan imtina etmək zorunda  qalacaq.

Şərəfat ŞƏFA,
şairə-publisist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında