Sumqayıt gənclərinin bayram tədbirləri

 

 

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Sumqayıtda maraqlı tədbirlər keçirilmişdir.

İstedadlı, yaradıcı gənclərin böyük bir qrupu tərəfindən müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki möhtəşəm  abidəsi və “Şəhidlər Xiyabanı”  dərin ehtiramla yad edilmişdir. Sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti Gənclər və İdman Baş İdarəsi ilə birgə Uşaq və YeniyetmələrinYaradıcılıq Mərkəzinin akt zalında “Gələcək gənclərindir!” adlı tədbir keçirilmişdir. Maraqlı musiqi nömrələrinin müşayiətilə keçən tədbirdə 2012-ci il ərzində müxtəlif  sahələr üzrə nailiyyət qazanmış gənclər 20 nominasiya üzrə mükafatlandırılmışdır. Nominantlara mükafatları şəhər icra hakimiyyəti başçısının müavini Elgin Həbibullayev, YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev, respublikanın əməkdar məşqçisi, Prezident təqaüdçüsü Əhməddin Rəcəbli, gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov təqdim etmişlər.

Mərasimdə qeyd olunmuşdur ki, ötən tədris ilində də sumqayıtlı gənclər ali məktəblərə qəbul imtahanlarında xüsusilə fərqlənmişlər. Onlardan 92 nəfəri 600-dən yuxarı bal toplamış, 7 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. Bununla da Sumqayıtda Prezident təqaüdü alan tələbə gənclərin sayı 76-ya yüksəlmişdir. Bu il də Prezident təqaüdçülərinin sayına görə Sumqayıt respublikanın bölgələri arasında liderliyi qoruyub saxlamışdır. Respublika və beynəlxalq fənn olimpiadalarına vəsiqə qazanmış məktəblilərin sayı və uğurları da fərəh doğurur.

Sumqayıt idmançılarının nailiyyətləri də sevindiricidir. Onlar ötən il 908 medal əldə etmişlər. Bunlardan 212-si beynəlxalq yarışlarda qazanılmışdır. Mükafatların 94-ü (34 qızıl, 28 gümüş, 32 bürünc) dünya və Avropa çempionatları, birincilikləri və kuboku yarışlarının payına düşür.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında