Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir

 

2 Fevral - Gənclər Günü münasibətilə Xəzər rayonunda təntənəli bayram tədbiri keçirilmişdir.  Tədbir Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı ilə birgə Şüvəlan Mədəniyyət evində təşkil edilmişdir.

Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısı Gülağa İslamov, Milli Məclisin deputatı Rauf Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov ölkəmizdə gənclər siyasətinin Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini və Azərbaycan gəncliyinin ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində sürətlə inkişaf etdiyini qeyd etmişlər.

Çıxış edənlər Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd etmiş,  Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını vurğulamışlar.

Tədbirdə gənclər siyasəti sahəsində keçirilən tədbirlərdə göstərdikləri fəallığa görə 15 nəfər gəncə fəxri fərman və xatirə hədiyyələri təqdim olunmuşdur. Bayram tədbiri estrada ulduzlarının və Xəzər rayonunun istedadlı gənclərinin  iştirakı ilə geniş konsert proqramı ilə davam etmişdir.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında