Gənclərin yaşlı nəslə ehtiramı

 

 

Ağsu gəncləri 2 Fevral Azərbaycan Gəncləri Gününü yaşlı nəslə ehtiram əlaməti altında qeyd etmişlər. Rayon gənclərinin təşəbbüsü ilə həmin gün 75 yaşı tamam olan, yarım əsr bundan əvvəl Ağsu gənclər təşkilatına rəhbərlik etmiş, indi isə rayon veteranlar şurasının sədri Cəmaləddin Zeynalovu təbrik etmişlər.

Rayon icra hakimiyyətində keçirilmiş mərasimdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev gənclərin təşəbbüsünün rayon ictimaiyyətində məmnunluq doğurduğunu söyləmiş, yaşlı nəslin vətənpərvəlik və quruculuq ənənəsinin gənclər üçün canlı örnək olduğunu vurğulamışdır. Başçı daha sonra Cəmaləddin  Zeynalovun yarım əsrlik ictimai fəaliyyətindən söz açaraq bildirmişdir ki, o, əmək fəaliyyətinə sadə zəhmətdən başlamış, ali iqtisadi təhsil aldıqdan sonra Ağsu Rayon Komsomol Komitəsinin birinci katibi, Partiya Komitəsinin təlimatçısı olmuş, bir sıra  müəssisə və təşkilata rəhbərlik etmiş, aqrar sahənin inkişafına bacarıqlı mütəxəssis kimi illər boyu xidmət göstərmişdir. Əməyi mükafatlara, təltiflərə layiq görülmüşdür.

Cəmaləddin müəllim Yeni Azərbaycan Partiyası rayon təşkilatının qurucularından və ötən illərdə sədrlərindən biri olmuşdur. 5 ildir ki,  təcrübəli və  nüfuzlu veteran rayon veteranlar şurasına rəhbərlik edir, yaşlı nəslin quruculuq və mənəvi tərbiyə işlərində fəal iştirakını təşviq edir.

Başçı yubilyar veteranı rayon ictimaiyyəti adından səmimi təbrik etmiş, ona Ağsu Rayon İcra Hakimiyyətinin fəxri fərmanını təqdim etmişdir.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Azər Kərimli veteranlar şurası sədrinin, keçmiş gənclər təşkilatı rəhbəri kimi, daim yeni nəslin yanında olduğunu, veteranlarla gənclərin əlbir fəaliyyətinə çalışdığını vurğulamış, yubiliyara həmyaşlıların ehtiramını və xatirə hədiyyəsini çatdırmışdır.

Sonda Cəmaləddin Zeynalov diqqət və xoş sözlərə görə minnətdarlığını bildirmiş, bundan sonra da gənclik həvəsi ilə çalışacağını, bilik və bacarığını rayonun ümumi tərəqqisinə sərf edəcəyini söyləmişdir.

İlqar MUSAOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında