Nəsimi rayonunda Gənclər Günü qeyd edildi

 

 

 

Nəsimi  rayonunda  Gənclər Günü münasibətilə  təntənəli mərasim  keçirilmişdir.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı  Nəsib  Məhəməliyev açaraq  gəncləri bu əlamətdar  gün  münasibətilə   təbrik etdi, onlara uğurlar  arzuladı. O bildirdi ki,   bu gün  ölkəmizdə dövlət  siyasətinin  əsas istiqamətlərindən  biri  gənclərlə  işdir. Azərbaycanda  dövlət  gənclər  siyasətinin  formalaşdırılması və  təşəkkül  tapması ümummilli lider Heydər  Əliyevin  adı ilə bağlıdır. Ulu öndərimiz  gənclərə daim diqqət və qayğı göstərmişdir. Məhz  bunun  sayəsində  hazırda  gənclər  dövlət  orqanlarında, parlamentdə, iri biznes, maliyyə  qurumlarında,  bələdiyyələrdə  geniş  təmsil  olunur,  ölkəmiz üçün  taleyüklü  məsələlərin  həllində  fəal  iştirak edir,  təhsil,  mədəniyyət, idmanda  böyük  uğurları ilə   Azərbaycana  başucalığı  gətirirlər.

Gənclər Günü 1997-ci  ildə  ümummilli  liderimiz  Heydər Əliyevin  sərəncamı ilə təsis olunmuşdur. Bu, ulu öndərimizin gənclərimizin  Azərbaycanın  ictimai-siyasi  həyatındakı, dövlətçiliyimizin  inkişafındakı  rolunu necə  yüksək  qiymətləndirdiyinin və bu  məsələyə önəm verdiyinin  sübutudur. Əsası  ulu öndərimiz Heydər  Əliyev tərəfindən  qoyulmuş  dövlət  gənclər  siyasəti  bu gün  möhtərəm Prezidentimiz İlham  Əliyev  tərəfindən  uğurla davam  və  inkişaf etdirilir.

Sonra rayonun ictimai həyatında,  təhsil  və   idmanda  nailiyyətlər qazanmış bir qrup gəncə  rayon icra hakimiyyətinin fəxri fərmanları  verildi.

Milli Məclisin  deputatları  Məlahət  İbrahimqızı,  Ziyad  Səmədzadə,  Asim Mollazadə, Bakı Şəhər  Gənclər  və İdman  Baş İdarəsinin rəisi  Raqif Abbasov  gəncləri  bayram münasibətilə  tədrik  etmiş,  onlara  xoş arzularını bildirmişlər.

Tədbirdə maraqlı  viktorina  keçirilmiş  və qaliblər  qiymətli  hədiyyələrlə  mükafatlandırılmışlar.

Gənc musiqiçilər  Azərbaycan  və Qərb bəstəkarlrının simfonik əsərlərini  məharətlə ifa etmişlər.  Müasir estrada  melodiyaları və caz  kompozisiyaları, şən rəqslər  mərasim  iştirakçılarında  xoş ovqat  və əsil  bayram təəssüratı yaratmışdır.

Ayaz HƏMİDOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında