Fevralın 16-da Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar qurultayı keçiriləcəkdir

 

 

Fevralın 2-də Azərbaycan Ağsaqqallar Şurası idarə heyətinin iclası keçirilmişdir. İclasda Şuranın növbədənkənar qurultayının keçirilməsi ilə bağlı məsələlər müzakirə edilmiş, Ağsaqqallar Şurası sədrinin müavini Fəttah Heydərovun rəhbərliyi altında Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinə fevralın birinci ongünlüyündə Ağsaqqallar Şurasının bütün şəhər və rayon təşkilatlarında konfransların keçirilməsinin və qurultaya nümayəndələrin seçilməsinin təmin edilməsi  həvalə olunmuşdur.

Təşkilat Komitəsindən AzərTAc-a bildirmişlər ki, iclasda Şuranın VI qurultayının fevralın 16-da Bakı şəhərində keçirilməsi qərara alınmışdır.

Növbədənkənar qurultayda ötən dövr ərzində qurumun fəaliyyəti ilə bağlı Ağsaqqallar Şurasının və nəzarət-təftiş komissiyasının hesabatlarının dinlənilməsi, rəhbər orqanların seçilməsi, Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında