LƏNKƏRANDA GƏNCLƏR GÜNÜ QEYD OLUNUB

2 fevral – Gənclər günü respublikamızın digər yerlərində olduğu kimi Lənkəranda da qeyd olunub. Bu münasibətlə əzəmətli “Şah” şadlıq sarayında şənlik keçirilib. Şənlikdən əvvəl iştirakçılar Heydər Əliyev Mərkəzinə gələrək burada Ümummilli Liderin büstünü ziyarət edib, büstün önünə çiçək dəstələri düzüblər.

Şənlikdə ilk olaraq Lənkəran Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov çıxış edərək iştirakçıları salamlayıb, rayonda aparılan gənclər siyasəti və hazırda rayon gənclərinin sosial vəziyyəti haqqında məlumat verib.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək gəncləri  əlamətdar gün münasibətilə təbrik edib. Gənclər gününün təsis edilməsi ilə bağlı tarixə toxunan icra başçısı bildirib ki, ölkəmizdə gənclərə belə böyük dəyərin verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin 1997-ci ildə imzaladığı fərman ilə 2 fevral – Gənclər günü kimi qeyd olunmağa başlanmışdır. Əlbəttə, bu, hər şeydən əvvəl, Heydər Əliyevin gənclərə olan yüksək etimadı və güvənindən irəli gəlirdi. T.Qaraşov qeyd edib ki, Heydər Əliyevin siyasi xəttində gənclərə olan yüksək diqqət və qayğı daim özünü bariz şəkildə göstərmişdir. Ulu Öndər hakimiyyəti illərində gənclərin ictimai-siyasi həyatda fəal rol oynamalarına xüsusi diqqət yetirərdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması bir tərəfdən Azərbaycan gəncliyinin vahid rəhbərlik altında birləşdirilməsi üçün düşünülmüşdüsə, digər tərəfdən gənclərin hərtərəfli dövlət qayğısı və dəstəyi ilə əhatə olunması üçün idi.

İcra başçısı bu gün də ölkədə gənclər siyasətinin uğurla davam etdirildiyini, gənclərin beynəlxalq səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sferalarında layiqincə təmsil oluna bilmələri üçün geniş və hərtərəfli imkanların yaradıldığını, dövlət idarəçilik sistemində gənclərin önə çəkildiyini və cənab Prezident İlham Əliyev tərəfindən dəstəkləndiyini bildirib, bütün bunların isə, əlbəttə, Azərbaycan gəncliyinin daha yüksək, dövrün tələblərinə uyğun səviyyədə yetişmələri və ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etmələri üçün əvəzsiz olduğunu vurğulayıb.

Lənkəranda həyata keçirilən gənclər siyasəti və gənclərin sosial vəziyyəti məsələsinə də toxunan icra başçısı qeyd edib ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırki səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir. Hazırda tikintisi başa çatmaqda olan Gənclər Mərkəzinin bu fəallığı daha da artıracağına və bu mərkəzin rayon gənclərinin mənəvi istirahət yerinə çevriləcəyinə inandığını söyləyən icra başçısı gənclərə gələcək fəaliyyətlərində daha böyük uğur qazanmaları üçün bir sıra tövsiyələr verərək bildirib ki, bunun üçün hər bir gənc ilk növbədə sahib olduğu milli-mənəvi dəyərlərə daim ehtiramla yanaşmalı, vətənpərvərlik duyğusunu bütün hisslərdən üstün tutmalı, ona güvənən xalqının etimadını doğrultmalıdır.

Daha sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gəncə ŞİH-nin fəxri fərmanları təqdim olunub.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında