Gənclər siyasəti uğurla həyata keçirilir

 

Gənclər Günü Binəqədi rayonunda da təntənə ilə qeyd olundu. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirdi ki, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün son illərdə ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir.

X.İsgəndərov  çıxışında ümummilli liderin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin  xüsusi yer tutduğunu vurğuladı. Xatırlatdı ki, Heydər Əliyev Azərbaycan gəncliyini inkişaf yoluna çıxarmış, onların hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atmışdır. Belə ki, 1994-2003-cü illərdə gənclər siyasətinin hüquqi bazası yaradılmış, bu sahədə əsas vəzifə və istiqamətlər müəyyənləşdirilmişdir. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin I forumu keçirilmişdir. Gənclərin həyatında çox önəmli və yaddaqalan bir hadisəyə çevrilən forumdan sonra ölkədə gənclərə yeni münasibət açıq-aydın hiss olundu. Hər il fevral ayının 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması barədə sərəncam imzalayan ulu öndər bəyan etdi ki, dövlət və cəmiyyət idarəçiliyində bundan sonra  gənc nəslin qüvvəsinə arxalanılacaq, onların imkanlarından maksimum yararlanılacaqdır. Bu fikir ölkə gəncləri qarşısında geniş imkanlar açdı və gənclər mühüm dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkildilər.

Rayon icra hakimiyyətinin başçısı daha sonra  dedi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də son illərdə gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı ildən-ilə artırılır. Ölkə rəhbərinin müvafiq sərəncamı ilə 2007-ci ilin Gənclər ili elan edilməsi, tələbələrin I yaradıcılıq festivalının, yaradıcı gənclərin I ümumrespublika toplantısının keçirilməsi buna əyani misal ola bilər.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc mükafatlandırıldı.

Tədbir geniş konsert proqramı ilə başa çatdı.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında