Gənclərə qayğı gələcəyə qayğıdır

 

 

Gənclər günü münasibəti ilə Xətai Rayon İcra Hakimiyyətinin iclas salonunda  keçirilən tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov açaraq bildirdi ki,  ölkə həyatında mühüm yer tutan bu bayram 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis olunmuşdur. Zaman göstərdi ki, ümummilli lider bununla gənclərimizin Azərbaycanın ictimai-siyasi həyatdakı, müstəqil dövlətçiliyimizin inkişafındakı yerini və rolunu necə yüksək qiymətləndirmişdir.

Azərbaycan gəncliyinin ölkənin inkişafında fəal iştirak etdiyini, beynəlxalq aləmdə ölkəmizi  layiqincə təmsil etdiyini söyləyən natiq onu da vurğuladı ki, bu gün hər bir Azərbaycan gənci ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın qlobollaşan dünyadakı mövqeyinin möhkəmlənməsi üçün yürütdüyü siyasətdə fəal iştirak edir. Sevindirici haldır ki, Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir və ölkənin siyasi həyatında öz sözünü deyir.

Natiq onu da vurğuladı ki, paytaxtın Xətai rayonunun gənclərinin bu işlərdə fəallıq göstərmələri, gənclər hərəkatında öndə olması və Azərbaycan Prezidentinin siyasi xəttini dəstəkləmələri bizi daha çox sevindirir.

Sonra məruzə ilə çıxış edən Xətai rayon gənclər və idman idarəsinin rəisi Əfqan Rzayev  dövlət başçısının gənclərə göstərdiyi qayğıdan,  Azərbaycanda gənclərlə bağlı müxtəlif layihələrin, 2005-ci ildə qəbul olunmuş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın həyata keçirilməsindən, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən, Azərbaycanın dövlətçiliyinin və  müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində gənclərin üzərinə düşən vəzifələrdən geniş danışdı və qeyd etdi ki, bu vəzifələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixində imzaladığı “Azərbaycan Gəncliyi 2011-2015-ci illər” Dövlət Proqramıda öz geniş əksini tapmışdır. İdarə rəisi Xətai rayon gənclərinin 2012-ci ildə qazandığı uğurlardan da ətraflı məlumat verərək bildirdi ki, bu uğurların böyük bir hissəsi təhsilin payına düşür. Çünki 2011-2012-ci tədris ilində 5 məzunumuz orta məktəbi qızıl medalla bitirmiş, 1581 məzunumuz yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunmuşdur ki, onlardan da 66 nəfəri xarici ölkələrin tanınmış ali məktəblərində təhsil alırlar. Həmçinin, qeyd olundu ki, yüksək nəticə göstərən 9 tələbə Prezident təqaüdünə layiq görülmüşdür.

YAP Xətai rayon gənclər təşkilatının sədri Sərxan Əliyev, Heydər Əliyev adına Ali Hərbi Məktəbin müdavimi Adil Bəşirov və bir çox digər gənclər isə çıxışlarında bildirdilər ki, respublikanın bütün gəncləri kimi Xətai rayonun gəncləri də dövlətimizin inkişafı naminə Azərbaycan Prezidenti  İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir və daim bu siyasətə sadiq qalacaqlarına söz verirlər. Qeyd olundu  ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti uğurla və qətiyyətlə həyata keçirilməklə yanaşı, bu gün  mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısı səviyyəsində böyük diqqətin nəticəsidir.

Təbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, əmək fəaliyyətlərində fərqlənən bir çox gənc mütəxəssis Xətai Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildilər.

İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto), “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında