Astara rayon rəhbərliyinin yerli sahibkarlarla görüşü

 

 

Ölkəmizin hər yerində olduğu kimi, Astarada da sahibkarlığın inkişafına hər cür şərait yaradılmışdır. Bundan ruhlanan iş adamları həm istehsal və emal sahələrini genişləndirir, həm də doğma rayonun tərəqqisinə töhfələrini əsirgəmirlər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin fermer təsərrüfatlarının rəhbərləri və sahibkarlarla görüşündə  bu barədə ətraflı danışılmış, faydalı iş əmsalının daha da artırılması yolları müzakirə edilmişdir.

İcra başçısı görüş iştirakçılarını salamlayaraq son bir ildə bütün ərazilərdə əhali ilə, o cümlədən ayrı-ayrı sahələrin nümayəndələri ilə işgüzar və səmərəli görüşlər keçirildiyini xatırlatdı. O bildirdi ki, bu görüşün də əsas məqsədi iş adamlarını düşündürən məsələlər, həlli vacib problemlər və onların aradan qaldırılması üçün səmərəli təklifləri öyrənməkdir. Azərbaycanın dünya iqtisadiyyatında rolu get-gedə artır, mövqeləri möhkəmlənir. Məruzəçi bunun sübutu kimi ölkə Prezidenti cənab İlham Əliyevin Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda bir sıra ölkə başçıları və dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə işgüzar görüşlərini diqqətə çatdırdı və fərəhlə qeyd etdi ki, apreldə Beynəlxalq İqtisadi Forumun Bakıda keçirilməsi barədə mötəbər qərar qəbul edilmişdir.

Azərbaycanda dövlət büdcəsi 20 milyon manat təşkil edir, əmək haqqı, pensiya və digər müavinətlər müntəzəm artırılır, təkcə ötən il sahibkarlara bir milyard manat güzəştli kredit verilmişdir.  Qarşıda duran əsas məqsəd ölkəmizin qeyri-neft sahəsindən gələn gəlirlər hesabına inkişafına nail olmaqdır. Bu yöndə geniş miqyaslı işlər aparılır. Qeyri-neft sektorunda 10 faiz artıma nail olunması sevindirici haldır.

Astarada geniş abadlıq və quruculuq işləri aparılır. Keçən il rayona səfəri zamanı bir sıra mühüm əhəmiyyətli obyektlərin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf üçün 2 milyon manat vəsait ayrılması barədə sərəncamı bütün astaralıların sevincinə səbəb olmuşdur. Əlavə olaraq, Səhiyyə Nazirliyinə ayrılmış vəsait hesabına Rayon Mərkəzi Xəstəxanasının daha bir korpusu yenidən qurulur.  Astara aqrar rayondur. Bu sahənin inkişafı ilə fermerlər, iş adamları məşğul olur. Q.Ağayev dedi ki, biz bu işdə bütün iş adamlarına yaxından köməklik göstərməyə, dəstək olmağa hazırıq. Rayonda torpaqlardan daha da səmərəli istifadə olunması üçün səylər artırılmalıdır. Bu sahədə fermerlərlə yanaşı ayrı-ayrı pay sahibi olan vətəndaşların da üzərinə böyük məsuliyyət düşür.

Fermerlərdən Hacıbala Fərziyev, Ədhəm Quliyev, Rafiq Əsədullayev, Tarif Hüseynov, Xaliddin Hüseynov, Rafiq Cəfərov və başqaları rayonda fəaliyyət göstərən Aqroservis filialına yerli şəraitə uyğun texnikanın gətirilməsi, istehsal olunan məhsullar üçün tədarük məntəqələrinin yaradılması, kollektiv təsərrüfat formaları yaratmaqla istifadəsiz torpaqların becərilməsi, aqrolizinq yolu ilə mineral gübrələrin verilməsi və Sahibkarlara Kömək Milli Fondundan daha çox güzəştli kreditlər alınmasına köməklik göstərilməsi barədə təkliflərlə çıxış etdilər.

Görüşdə söylənən təkliflərlə əlaqədar Aqrolizinq ASC-nin Astara Aqroservis filialının rəhbərliyinə, digər əlaqədar şəxslərə konkret tapşırıqlar verilmişdir.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında