Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MƏLUMATI

 

 

Son zamanlar miqrasiya sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı qəsdən müxtəlif məzmunlu şayiələr yayılaraq, Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında əsassız narazılıq yaratmaq cəhdləri müşahidə olunur.

Belə ki, Gürcüstanda yaşayan azərbaycanlıların ölkəmizə gediş-gəlişi zamanı çətinliklərlə üzləşmələri, həmin şəxslərin Azərbaycanda müəyyən olunmuş müddətdən artıq qalmalarına görə iri məbləğdə cərimələnmələri bildirilir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bir daha xatırladır ki, Gürcüstan ilə Azərbaycan arasında vizasız gediş-gəliş qaydası tətbiq olunduğu üçün həmin ölkənin vətəndaşları Azərbaycan Respublikasında 90 günədək qala bilərlər.

Eyni zamanda, miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş 980 nəfər Gürcüstan vətəndaşı cərimələrdən azad edilmişdir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, həqiqətə uyğun olmayan məlumatların yayılması təhrikçilik xarakteri daşıyır və ictimai-siyasi vəziyyətin gərginləşdirilməsinə yönəlmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında