Aleksandr İşein: Müxtəlif dinlərin və millətlərin nümayəndələri Azərbaycanda sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar

 

Müxtəlif dinlərin və millətlərin nümayəndələri Azərbaycanda  sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar.

Bu sözləri Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein yanvarın 30-da AzərTAc-a müsahibəsində demişdir.

Ümummilli lider Heydər Əliyevin “Çoxmillətlilik bizim zənginliyimizdir” sözlərini xatırladan A.İşein Azərbaycanda islamla yanaşı, xristianlığın və yəhudiliyin də köklərinin olduğunu söyləmiş, ölkəmizdə hər kəsin müxtəlif dini bayramları sərbəst şəkildə qeyd etdiyini vurğulamışdır. 

Azərbaycanda fərqli dinlərə mənsub insanlar arasında çoxsaylı nikahların olduğunu deyən arxiyepiskop qeyd etmişdir ki, ölkə parlamentində, ali təhsil müəssisələrində müxtəlif millətlərin nümayəndələri ortaq maraqlarla çalışırlar. Bütün bunlar Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafından xəbər verir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında